Sertifikasiyadan keçə bilməyən müəllimlərə alternativ iş təklif olunmalıdır - EKSPERT
08:44 13.08.2025
Elm və Təhsil
560
Sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb. Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb.
Cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Hazırda sosial baxımdan ən həssas olan vətəndaşların alternativ işlərlə təminatı üzrə rəsmiləşdirmə prosesinə başlanılıb.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi də hesab edir ki, sertifikasiyadan keçə bilməyən müəllimlərə alternativ iş təklif olunmalıdır.
- Sertifikasiya imtahanları Elm və Təhsil Nazirliyi tərəfindən bir neçə ildir ki, keçirilir. İlk vaxtlar müəyyən narazılıqlar olurdu, amma son illərdə məsələ həllini tapdı. Sertifikasiya imtahanları müəllimlərin əməkhaqqına da birbaşa təsir göstərir. Sertifikasiya imtahanlarının keçirilməsində məqsəd daha keyfiyyətli təhsilin təmin edilməsi, müəllimlərin bilik və bacarıqlarına görə əməyinin qiymətləndirilməsidir. Orta ümumtəhsil məktəblərinin müəllimləri üçün keçirilən sertifikasiya imtahanlarında müəllimlərin vəziyyəti maksimum diqqətə alınır. 60 yaşdan yuxarı müəllimlərə əlavə şans verilir, başqa alternativ iş təklif olunur. İmtahanlarda hər zaman müəyyən nöqsanlar, çatışmazlıqlar, narazılıqlar ola bilir. Bu, təbiidir. Kimlərsə razı, kimlərsə narazı qalır. Amma müəllimlərin apelyasiya şikayəti vermək hüququ var. Əgər müəllim hesab edirsə ki, imtahanın nəticələri biliyinə uyğun yekunlaşmayıb, apelyasiya şikayəti verə bilər. İmtahanın gedişində, sualların tərtib olunmasında səhvlər ehtimal edilirsə, bunlar da araşdırılmalıdır ki, texniki səhvlərdir, yoxsa proqramdan kənar suallar olub. Müasir təhsil sistemi öz ixtisasına, biliklərə sahib, müasir dövrün çağırışlarına cavab verən müəllimlər tələb edir. İxtisas bilikləri yüksək olanların imtahanlarda nəticələri də yüksək olur, məhz onlar da nailiyyətlərini artırırlar. Xatırladım ki, elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Ədalətsiz qərar olmayacaq. Hər bir savadlı, bacarıqlı müəllim daim Elm və Təhsil Nazirliyinin dəstəyini hiss edəcək və onların yanında olduğumuzu bir daha nümayiş etdirəcəklər. Məlumdur ki, sertifikasiyadan keçməyən müəllimlərə əlavə şans verilir. Onlar imtahanlarda təkrar iştirak edə bilirlər. Əgər növbəti dəfə də keçid balını toplaya bilmədikdə, alternativ işlər təklif olunur. Müəllimlərin sosial vəziyyəti nəzərə alınır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində, regional təhsil idarələrində fəaliyyət göstərən müvafiq komissiyalar müəllimlərin müraciətini araşdırır, onların işlə təmin olunması istiqamətində iş aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm