Təhsilimiz "eyzəbər ə, beyzəbər bə, teyzəbər tə” sisteminə qayıdır? – İzah
Yusif Nəzərli
13:28 08.12.2021
Elm və Təhsil
889
Azərbaycandakı məktəblərin birində şagirdlərin iştirakı ilə 12 imama həsr olunan klip çəkilib. Klipdə ilahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahi müəllim rolunda çıxış edib. Aşağı sinif şagirdləri hərəsi bir imamın adını sadalayıb. Onların adı yazılan kağızları göstəriblər. Videoda ifaçının azyaşlı oğlu Seyyid Hüseyn də iştirak edib. Klipi sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamayıb. Təhsil müəssisəsində şagirdlərin elm öyrənməli olduqları halda dini musiqi səsləndirməsi müzakirə obyektinə çevrilib. Azyaşlıların dini təbliğat üçün istifadə olunması qınanılıb. Valideynlər Azərbaycanın dünyəvi dövlət olduğunu və şagirdlərin təhsil müəssisəsində dini klipə çəkilməsi, dini təbliğata alət olmasının yolverilməzliyini qeyd ediblər. Təhsil Nazirliyinin (TN)rəsmi səhifəsinə şikayətlər ünvanlayıblar.
Sözügedən video S.P. Boradigahinin səhifəsindən silinib. Faktla bağlı TN araşdırma aparır. Nəticəsi barədə məlumat veriləcək.
Cəmiyyətin narazılığına səbəb olan mövzu barədə fikirlərini “Sherg.az”a dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin belə məsələlərlə bağlı münasibətini soruşub:
“Fikir mübadiləsi zamanı aydın oldu ki, Komitənin hələ konkret bir mövqeyi, ona uyğun hazırlanmış platforması yoxdur. Əslində qeyri-mövcudluğun özü də bir çatışmazlıqdır. Ölkədəki orta təhsil müəssisələrində 17-18 yaşına qədər dindən məlumatsızlıq uşaqlarda boşluq yaradır. Onlar bu gün məktəbdə və ya məktəbdənkənarda da klipi çəkə bilərlər. Amma aşağı sinif şagirdləri dinlə bağlı elə bilgiləndirilməlidir ki, onları cəhalətə çəkə bilməsinlər”.
Ə.Qəşəmoğlu vurğulayıb ki, hazırda Azərbaycan təhsil sistemində naqisliyin səbəbi platforma və ona uyğun kitabların yoxluğudur:
“Həmçinin kitablara uyğun tədris prosesini aparacaq müəllimlər mövcud deyil. Kitabı yazmaqla kifayətlənmək olmaz. Müəllim gərək şagirdləri dinə həvəsləndirə, maraqlı informasiyalar verə bilsin. Nəticədə vakuum yaranmasın”.
Müsahibimiz diqqətə çatdırıb ki, bu, tənqid olunası məsələdir:
“Çünki indiki mövqedə orta məktəblərdə bu cür tədbirlər keçirilməsi ilə bağlı qərar qəbul edilməyib. Lakin klip çəkənləri günahlandırmıram. Ümumiyyətlə, Azərbaycan təhsil sistemi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqəli kifayət qədər görüləcək işlər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial