TKTA: Diplomların tanınmasında uğursuz nəticələr Rusiya və Ukrayna ali məktəblərinin payına düşür
Yusif Nəzərli
07:45 16.09.2025
Elm və Təhsil
625
Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.
APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışında deyib.
Ətraflı
O bildirib ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür: “Belə ki, 6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30 yanvar 2025-ci il tarixində təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm