Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - ŞƏRH
Yusif Nəzərli
02:52 11.02.2025
Gündəm
435
Burada əsas əngəlləyici faktor Avropa Birliyinin, xüsusilə də Fransanın mövqeyidir
“Fransa Ermənistana himayədarlığını davam etdirməkdə israrlı olarsa, bu proses nisbətən uzana bilər”
Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesi 2025-ci ilin də gündəliyində olan əsas məsələlərdəndir. Ötən il iki ölkə arasında baş tutan görüşlərdə sülh danışıqları davam etdirilsə də, müəyyən uğurlar əldə olunsa da, bölgədə baş verən gərginliklər, xüsusən də Ermənistanın təxribatları fonunda İrəvana inamsızlıq atmosferi prosesin irəliləməsinə mane oldu və nəticədə sülh müqaviləsi yenə də imzalanmadı.
Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində aktivlik olan kimi Qərb Ermənistana sülhə gedən yolda mane olur və onu dəyəri ödənilmədən öldürücü silahlarla yükləyir.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh mövqeyindən çıxış edib. O bildirib ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur və üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb. İnstitusional sülh yaratmaq lazımdır. Ermənistan nəinki buna hazırdır, hətta bu yoldan dönməyəcək.
Siyasi ekspert Elçin Xalidbəyli isə hesab edir ki, Nikol Paşinyanın “Sülh sazişi” ilə bağlı mövqeyi beynəlxalq və regional siyasi proseslərdən təsirlənir. Onun sözlərinə görə, Ermənistan hazırda mürəkkəb geosiyasi təzyiqlər altında qərar verməyə məcburdur: “Nikol Paşinyan da artıq yaxşı başa düşür ki, Sülh sazişinin imzalanması Ermənistan üçün daha vacibdir. İndiki geosiyasi reallıqda Paşinyan hakimiyyətinin güvəndiyi beynəlxalq siyasi iradə mərkəzləri, Ermənistanın himayədarları çətin vəziyyətdə qalıblar. Xüsusilə də Bayden Administrasiyasının hakimiyyəti itirməsindən sonra ABŞ-də erməni faktoruna o qədər də böyük əhəmiyyət verməyən Donald Trampın yenidən prezident seçilməsi Ermənistanda çox ciddi təlaş yaradıb. Digər tərəfdən, Rusiyanın və İranın Suriyada məğlubiyyəti, Cənubi Qafqaza təsir imkanlarının zəifləməsi həm İranın, həm Rusiyanın yenə də Ermənistan üçün ciddi problemlər yaratmağa başlamasına səbəb olub. Ermənistanda artıq narahat olmağa başlayıblar ki, yaxın aylarda Ermənistan üçün fəlakətli bir situasiya yarana bilər. Ona görə də Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi mövzusunu yenidən gündəmə gətirib aktuallaşdırmağa çalışır. Ancaq bununla belə, Ermənistanın yaxın vaxtlarda sənədi imzalaması Paşinyan hakimiyyətindən, yəni rəsmi İrəvandan asılı məsələ deyil.
Burada əsas əngəlləyici faktor Avropa Birliyinin, xüsusilə də Fransanın mövqeyidir. Əgər Fransada Tramp Administrasiyasının hakimiyyətə başlamasından sonra fərqli prioritetlər istiqamətinə yönəliş olarsa, bu halda Ermənistan beynəlxalq himayəsini tamamilə itirmək təhlükəsi ilə üz-üzə qala bilər və sülh sazişinə daha çox yönəlmək məcburiyyətində olacaq. Yəni hazırda Ermənistanın sazişi imzalayıb-imzalamaması rəsmi İrəvandan asılı deyil. Bu, ABŞ-dən, Fransadan və Avropa Birliyindən asılıdır. Əgər bu məkrli üçlük Ermənistanın arxasından çəkilərsə, o zaman Ermənistan sülh sazişini imzalamaq üçün xahiş etməli olacaq. Yox əgər onlardan biri, məsələn, Fransa Ermənistana sənədi imzalamaq icazəsi verməsə və himayədarlığını davam etdirməkdə israrlı olarsa, bu proses nisbətən uzana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə