Azərbaycanda 12 deputatın evi yoxdur - VİDEO
Yusif Nəzərli
14:43 17.11.2021
Cəmiyyət
448
Deputat Tahir Kərimli bu gün “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib ki, Milli Məclisin işçilərinə yaşayış binası ayrılmasına kömək edilməlidir.
Deputat hökumətdən xahiş edib ki, Milli Məclisin bu məsələlərinə diqqət yetirilsin:
“Parlamentdə uzun illər işləyən gənclər var. Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda təsadüfən bir nəfər rəhbər şəxsin maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin”, - deyə Tahir Kərimli deyib.
Sahibə Qafarova Tahir Kərimliyə irad olaraq bildirib ki, Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur.
“Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə onun söhbətinə əsəbiləşdim, əsəbimi də gizlətmək istəmirəm. Parlamentin yiyəsi də var, heç bu söz parlamentə yaraşmır da. Mən demişəm, yenə deyirəm, parlamentin yiyəsi Azərbaycan xalqıdır. Qaldı ki, ev məsələsinə. Qarabağda bu gün 1 milyon qaçqın-məcburi köçkün var. Qaçqınlar hara gedəcək? Onları yerləşdirək, sonra danışarıq”, - deyə sədr bildirib.
Qeyd edək ki, anews.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda 12 deputatın evi yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya