BDU-da “Bir millət 6 dövlət Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı Beynəlxalq konfrans öz işinə başlayıb
Yusif Nəzərli
12:40 18.11.2021
Arxiv
1101
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistika elmi-tədqiqat laboratoriyası İKSAD (İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu) ilə birgə “Bir millət 6 dövlət - Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı onlayn Beynəlxalq konfransı öz işinə başlayıb.
"Sherg.az" xəbər verir ki, elmi konfransı BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, konfransın sədri Allahverdi Məmmədli açıb. Konfransın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin ildönümünün qeyd edildiyi günlərdə öz işinə başladığını vurğulayan A.Məmmədli Türk Dövlətləri Təşkilatının İstanbulda VIII Zirvə görüşündən söz açıb. Bildirib ki, XXI əsrin 20-ci illəri türk dövlətlərinin siyasi, iqtisadi, sosial, mədəni sahədə inkişafı, bir-birinə və dünyaya inteqrasiyası, günü-gündən möhkəmlənən mövqeyi ilə xarakterizə olunur.
A.Məmmədli 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyindən, düşmənin döyüş meydanında məğlubiyyətindən danışıb, media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığından bəhs edib. İnformasiya cəbhəsində döyüşün davam etdiyini bildirən A.Məmmədli əlavə edib ki, bu gün tək kökə, eyni dilə, oxşar mədəniyyətə malik türk dövlətlərinin media sahəsində əməkdaşlığına, birgə media platformasının yaradılmasına çox böyük ehtiyac var.
Konfransda Jurnalistika fakültənin professorları - Cahangir Məmmədli, Həmid Vəliyev, Qulu Məhərrəmli, Sabir Məmmədli, İzzet Baysal Universitetinin İctimaiyyətlə əlaqələr və tanıtım fakültəsinin professoru Himmet Karadal, Qlobal Jurnalistika Konseyinin sədri Mehmet Ali Dim, SODIMER təşkilatının sədri Levent Eraslan, “Yazar” qəzetinin baş redaktoru Servet Avşar, Dünya Kommunikasiya Cəmiyyətinin sədri Şemsettin Kuzeci, Jandarma və Sahil Mühafizə Akademiyası Təhlükəsizlik Elmləri İnstitutunun müdiri Tekin Avaner çıxış ediblər.
Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Filippin, Meksika, Mərakeş, İndoneziya, Rumıniya, Qırğızıstan, Qazaxıstandan 200-ə yaxın məqalə təqdim edilib. Konfrans bu gün də davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya