“Əlillik dərəcələrinin müəyyən edilməsində Türkiyə modeli tətbiq olunsun”
Yusif Nəzərli
14:24 18.11.2021
Cəmiyyət
612
Rey Kərimoğlu:"Türkiyədə Qazilərə 6 əlillik dərəcəsi verilir. Yəni bütün yaralılara əlillik dərəcəsi müəyyənləşdirilir”
“Məsələn birinci dərəcəli, iki, üç, dörd, beş, altıncı dərəcə... Məncə, Azərbaycan da Qazilərlə bağlı bu addımı atmalıdır. Əlillik dərəcələri üç yox, altı dərəcə olmalıdır”
Rəşad Həsənov:“Hər qrup öz növbəsində üç hissəyə bölünməsini -aşağı, orta, yuxarı səviyyəli fiziki məhdudiyyətin itirilməsinə uyğun dərəcələrin müəyyənləməsini təklif edirəm”
Əlillik dərəcəsinin müəyyənləşməsi hər kəsi narahat edən məsələdir. Azərbaycanda əlillik dərəcələrinin verilməsi ilə bağlı ciddi narazılıqlar var. Əlilliyin qiymətləndirilməsini prosesi tibbi-sosial ekspert komissiyaları vasitəsilə həyata keçirilir. Ölkədə I, II və III dərəcə əlillik təminatı mövcuddur. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu əlillik dərəcələrinin müəyyən edilməsində Türkiyənin tətbiq etdiyi modeldən yararlanmaq təklifini irəli sürüb. O Feysbuk səhifəsində yazdığı statusda deyib ki, Milli Məclisdə əlillik dərəcələri ilə bağlı məsələyə yenidən baxılsın:
"Türkiyədə Qazilərə 6 əlillik dərəcəsi verilir. Yəni bütün yaralılara əlillik dərəcəsi müəyyənləşdirilir. Məsələn birinci dərəcəli, iki, üç, dörd, beş, altıncı dərəcə... Məncə, Azərbaycan da Qazilərlə bağlı bu addımı atmalıdır. Əlillik dərəcələri üç yox, altı dərəcə olmalıdır. Yəni döyüşdə yaralamış bütün əsgər və zabitlərimizə yaralanma vəziyyətinə görə əlillik dərəcələri verilməlidir. Çıxış yolu budur! Yeri gəlmişkən, əgər ordumuz Türk ordu sisteminə uyğunlaşdırılırsa niyə əlillik dərəcələri və digər məsələlər də uyğunlaşdırılmasın?".
Əlillik dərəcələrinin verilməsi ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, indiki sistemin differensiallıq səviyyəsi aşağıdır:
"30 faizədək fiziki məhdudiyyəti olan şəxslər əlil hesab edilmir. Digərləri üst dərəcələrdə - 60, 80, 80-100 faiz aralığında qruplaşdırılır. Nəzərə almaq lazımdır ki, 30 faiz ilə 60 faiz fiziki məhdudiyyətin olması eyni anlama gəlmir. Əmək bazarında problemlərə gətirib çıxarır. Hər qrup öz növbəsində üç hissəyə bölünməsini -aşağı, orta, yuxarı səviyyəli fiziki məhdudiyyətin itirilməsinə uyğun dərəcələrin müəyyənləməsini təklif edirəm. Beləliklə, 9 sinif formalaşdırıla bilər. Gəlirlər, müavinətlər, təqaüdlər isə sözügedən 9 sinifdə əksini tapmaqla, təyin edilmiş əlillik dərəcəsinə uyğun ödənilsin.
Yəni ödənişlər ilə qruplar arasında müsbət asılılıq yaradılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya