Hikmət Hacıyev: “Xocalı faciəsi beynəlxalq ictimaiyyətin və hüququn üzərində ləkədir”
Yusif Nəzərli
08:15 25.02.2022
Cəmiyyət
409
“Xocalı faciəsi beynəlxalq ictimaiyyətin və beynəlxalq hüququn üzərində bir ləkədir. Xocalıda baş verən hadisələr beynəlxalq hüquqların birbaşa pozuntusu idi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda çıxışı zamanı bildirib.
O, oxşar faciələrin Ruanda və Balkan yarımadasında da baş verdiyini, lakin həmin hallarda beynəlxalq ictimaiyyətin bir araya gəlməsinin və məhkəmələrin təşkil edilməsinin Xocalı ilə bağlı həyata keçirilmədiyini xatırladıb: “Biz ədalətə çağırış edirik. Biz Ermənistanı Xocalı soyqırımını tanımaqla və üzr istəməklə tarixindəki bu ləkəni silməyə çağırırıq”.
“Xocalı hadisəsi bu torpaqları ələ keçirmək və azərbaycanlıların etnik təmizlənməsini həyata keçirmək niyyəti ilə hazırlanmış hərbi əməliyyatın nəticəsidir. Bu gün biz gələcəyə baxır və Xocalı hadisələrinin təkrarlanmamasına çalışırıq”, - H.Hacıyev deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə