Helikopter qəzası təxribat da ola bilər
Yusif Nəzərli
06:12 20.01.2023
Siyasət
464
Ukrayna daxilində döyüş əməliyyatları ilə bağlı müəyyən fikir ayrılığının olduğu nəticəsi çıxır
Ukraynanın daxili işlər naziri Denis Monastırskinin və müavininin də həlak olduğu helikopter qəzasının səbəbləri araşdırılır. Lakin qəzanın təxribat olması versiyası da istisna edilmir. Bu hadisənin Qərb mediası tərəfindən Rusiyada “hibrid müharibəsinin banisi” adlandırılan Gerasimovun Ukraynadakı hərbi qüvvələrə baş komandan təyin olunmasından sonra baş verməsi diqqət çəkir. Gerasimovun əməliyyatlara paralel olaraq, təxribat ssenarilərindən istifadə edəcəyi gözləniləndir.
Bu kontekstdə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərliyinin olduğu helikopterin qəzaya uğraması suallar yaradır. Eyni zamanda bir neçə gün öncə Aleksey Arestoviçin Dneprdəki hücumda Ukrayna hava hücumundan müdafiə qüvvələrini günahlandırması, ardınca “səhv etdiyini” deyərək, istefa verməsini diqqətə gətirir.
Siyasi şəhrçi Asif Nərimanllı deyib ki, Arestoviçin ittihamı “texniki səhv” deyildi. Analitikə görə, onun istefadan sonra dediyi iki ifadəsi diqqət çəkdi:
"Arestoviçin "ötən dəfə gedəndən ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq”, yaxud, "nə qədər ki, müharibə gedir, tam dəstək verəcəm, müharibədən sonra baxacağıq” sözlərindən Ukrayna daxilində döyüş əməliyyatları ilə bağlı müəyyən fikir ayrılığının olduğu nəticəsi çıxır. Hərçənd müharibənin getdiyi vaxt bu, o qədər də anormal hal deyil. "Hibrid müharibəsinin banisi” Gerasimov komandan təyin olunur. Arestoviç Ukraynanı ittiham etdikdən sonra istefa verir və “bu dəfə gedəndən sonra nə olacaq” kimi müəmmalı fikirlər səsləndirir. Ardınca nazirin də olduğu helikopter qəzaya uğrayır. Bu məqamlar fonunda suallar yaranır. Qəza rusların sui-qəsdi ola bilərmi? Elədirsə, Ukrayna ordusunda Rusiyaya bağlı şəbəkənin ola bilməsi ehtimalı nə qədər mümkündür?!".
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm