Bakıdan Litvanın XİN rəhbərinə cavab
Bakıdan Litvanın XİN rəhbərinə cavab
13:36 03.10.2024
Siyasət
418
“Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 2-də baş tutan iclası zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir”.
Sherg.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadənin Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin sözügedən iclas zamanı Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində deyilir.
“Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil”, - deyə A.Hacızadə qeyd edib.
Bildirilib ki, AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir: “AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur.
Nazir Landsberqisin AŞPA-nın tribunasından istifadə edərək Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi əsassız fikirləri də qətiyyətlə qınayırıq. Azərbaycanda milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslı sübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan təhqiqatları “ifadə azadlığını məhdudlaşdıran sanksiyalar” kimi qələmə vermək tamamilə yanlışdır.
Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana köçmüş ermənilərin hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində qorunduğuna, onların geri qayıdış hüquqlarına hörmət edilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsə Ermənistan ərazisindən qovulmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə danışmır.
Bu kimi qərəzli mövqedən çıxış etmək əvəzinə, Litva nazirinin öz fəaliyyətinə diqqət yetirməsi, həmçinin Azərbaycanla dialoq və əməkdaşlığın bərpası üçün zəruri addımlar atmağa AŞPA-ya çağırış etməsi daha yaxşı olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat