Ekoloq: Bakıya Volqanın təmiz suyunu çəkmək daha sərfəlidir
12:17 22.10.2024
Sosial
618
Ekoloq Ənvər Əliyev problemin həlli yolunu göstərib
Xəzərin ən çirkli suyunu təmizləməkdənsə, Bakıya Volqanın təmiz suyunu çəkmək daha sərfəlidir! Bu fikir ekoloq, Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyevə məxsusdur. Son günlər su problemi, işməli su qıtlığı ilə bağlı müzakirələr intensiv xarakter alıb. Ekoloq Ənvər Əliyev bu problemin həlli yolunu göstərib. Sosial şəbəkədə paylaşım edən alim, Xəzərin duzlu, çirkli suyunun təmizlənməsinə böyük vəsaitlər ayırmaqdansa, qısa yolla hərəkət edərək Volqa çayının təmiz suyundan istifadə etməyi məsləhət görür.
Ə.Əliyev Volqanın suyunda ağır ionlaşmış zəhərli metallar və başqa maddələrin olduğu və bunları sudan ayırmağın duzlu suyu təmizləməkdən daha çətin olması barədə fikir yürüdənlərə cavabında qeyd edib:
- Bəli, ion şəklinə keçmiş birləşməni təmizləmək qeyri-mümkündür. Amma söhbət nisbi təmizlikdən gedir. Axar sular 100 km sonra özünü asılqanlardan təmizləyə bilir. Ölkədə ən təmiz və minerallarla zəngin su Kiçik Qafqazın suyudur. Kiçik Qafqazın suları əvəzsiz mineralarla zəngindir. Ancaq Talış dağları Kiçik Qafqaza aid deyil. Kiçik Qafqaz Köndələn cayda qurtarır.
Ə.Əliyev bu fikirdədir ki, Azərbaycanın kifayət qədər yerüstü və yeraltı ekoloji təmiz su ehtiyatları var, yaxşı mütəxəssisləri cəlb etməklə su problemlərimizi həll edə bilərik:
- Özümüzün su ehtiyatımızla iki əhalimiz qədər əhalini təmin etmək olar. Ancaq düzgün istifadə edə bilsək. Belə olan halda niyə ən çirkli suya pul xərcləməliyik?! Kiçik Qafqazın, Böyuk Qafqazın, Talışın kifayət qədər içməli su ehtiyatları vardır. Bakı şəhərini də bu yerlərimizin ehtiyatından istifadə edib nə dəniz suyunun təmizlənməsinə, nə də ki, Kür çayının çirkli sularına ehtiyacımız olmayacaq. Bakı şəhərinin də yeraltı su ehtiyatları kifayət qədər vardır. Bizim öz su ehtiyatlarımızdan istifadə edib şoran torpaqlarımızı münbitləşdirib yaşıllıqlar, meşəliklər salmağa hər cür imkanlarımız vardır. Bunları həll edəndən sonra ölkəmizin aqrar məsələsini də həll etmiş olarıq, meyvəçiliyi, tərəvəzçiliyi, bostançılığı, çayçılığı, sitrus bitkilərini və ən vacib olan taxılçılığı inkişaf etdirib, tam həllinə nail olarıq. Uzun müddətdir mən vaxtı ilə milyon tonlarla üzüm, yüz min tonlarla pambıq, eləcə də barama, tütün və s. bu kimi məhsullar yetişdirib, zəhməti hesabına firavan həyat sürən qürurlu kənd camaatımızın hazırkı durumunu qəbul edə bilmirəm. Biz kənd təsərrüfatımızın strukturunu tamamilə dəyişdirib yenidən yalnız kəndlərimizin potensialı hesabına yüksək nəticələr əldə edə bilərik! Bu həm də milyonlarla kənd əhalimizin doğma kəndlərinə dönməsi deməkdir. Bu cür təsərrüfat sisteminin tam təşkilatı, maliyyə və idarəetmə sxemi barədə mətbuat çıxışım olub. Dünya təcrübəsində bu fikir tam təsdiqlənib. Bununla da, çox ağır bir həyat tərzimizə son qoymuş olarıq. Mən buna tam əminəm!
Ə.Əliyev qeyd edib ki, Bakıya Sərsəngdən də təmiz su çəkmək olar. Ümumilikdə orada 27 su anbarı tikilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət