Almaniyalı və yunanıstanlı müşahidəçilər: “Seçkilər demokratik keçirilib”
16:51 09.02.2020
Aktual
388
“Hər şey gözlədiyimiz kimi oldu. Seçki məntəqələrində həddən artıq seçici və müşahidəçi var idi. Bu, xüsusi diqqətimi çəkdi”.
APA-nın xəbərinə görə, bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkel mətbuat konfransında deyib.
“Hər şey gözlədiyimiz kimi oldu. Seçkilər şəffaf və demokratik keçirilib”, - deyə U. Henkel vurğulayıb.
Bavariya Parlamentinin digər nümayəndəsi Ulrix Singer həmkarı ilə razı olduğunu qeyd edib: “Hər şey qaydalara uyğun keçirildi. Seçki məntəqələrində bütün suallarımıza cavab aldıq. Heç kim bizə problem yaratmadı. Bu bizim üçün əhəmiyyətli idi”.
Yunanıstan Parlamentinin deputatı Lazaros Tsavdaridis bildirib ki, bu gün 4 məntəqədə olublar və heç bir qayda pozuntusu aşkarlanmayıb: “İşlərimizi icra edə bildik. Seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülərlə söhbətləşdik. Qənaətim budur ki, seçkilər yüksək səviyyədə və demokratik keçirilib. Sevinirəm ki, seçkilər Azərbaycanda yüksək səviyyədə keçirilir. Parlamentə seçiləcək yeni üzvlərə uğurlar arzu edirəm”.
Yunanıstan Parlamentinin digər deputatı Katerina Monogiou də qeyd edib ki, parlament seçkiləri demokratik keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz