Araqçı-Bayramov görüşündən İKİ NƏTİCƏ...
Yusif Nəzərli
05:48 05.12.2024
Aktual
545
İran Türkiyəyə daha yaxın və sözü keçə biləcək bir kanal axtarır
İran Azərbaycanın Suriyadakı məsələlərlə bağlı vasitəçi olmasını, ya da Ankaranı əməliyyat fikrindən daşındırmasını xahiş edə bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə görüşüb.
Görüşdə Azərbaycan və İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyaları sahələri üzrə birgə layihələr, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, tərəflərin qeyd olunandan fərqli məsələləri müzakirə etməsi də mümkündür. Ekspert xatırladıb ki, A.Araqçı bir qədər əvvəl Suriyada Prezident Bəşər Əsədlə görüşüb, son günlər baş verənləri müzakirə edib:
"Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarıcını çatdırıb. İranlı nazir daha sonra Türkiyəyə səfər etdi. O, burada Türkiyənin yüksək vəzifəliləri ilə görüşlər keçirdi. Aydın məsələ idi ki, Araqçı Türkiyəyə həm Əsədin təkliflərini çatdırıb. Görünür, Tehranın Ankara və Dəməşq arasında vasitəçilik etmək səyləri uğursuz olub. Ehtimal etmək olar ki, Abbas Araqçı məhz bu səbəbdən Ceyhun Bayramovla bir araya gəlib. Aydındır ki, indiki məqamda Tehranın imkanları məhduddur. İsraillə gərginlik, Təl-Əvivin HƏMAS və “Hizbullah”a vurduğu ağır zərbə və daxili problemlər Əsədə dəstəyi azaldır. İranın dəstəyi olmasa, Əsədin hakimiyyətdə qalması çətindir. İran Əsədə tam hərbi dəstəyə tələsmir. Buna görə də diplomatik kanallarla məsələni səngitməyə çalışır. Bunun üçün ilk cəhd edildi. Lakin bir daha qeyd edim, Araqçının Türkiyə səfəri elə də xoş keçməyib. Görünür, Araqçı Türkiyəyə daha yaxın və sözü keçə biləcək bir kanal axtarır. Abbas Araqçı-Ceyhun Bayramov görüşü bu baxımdan diqqət çəkir".
Analitik vurğulayıb ki, Araqçı-Bayramov görüşündən iki nəticəyə gəlmək olar: "Abbas Araqçı Ceyhun Bayramovdan Azərbaycanın Suriyadakı məsələlərlə bağlı vasitəçi olmasını, ya da Ankaranı əməliyyat fikrindən daşındırmasını xahiş edə bilər. Qəribə səslənsə də, rəsmi Bakının bundan öncə həm İsrail, həm də Ərəb ölkələri ilə Türkiyənin münasibətlərini normallaşdırmaq üçün müəyyən təmasları olub. Lakin Suriya ilə bağlı məsələ çox fərqlidir. Ankaranın Əsədlə bağlı mövqeyinin Bakının vasitəçiliyi ilə dəyişməsi real deyil. Ümumiyyətlə, Suriya-Azərbaycan münasibətləri BƏƏ, Misir, Səudiyyə Ərəbistanı ilə olduğu kimi deyil. Yəni belə bir vasitəçilikdə Azərbaycan özü də maraqlı olmaya bilər. Bakı vasitəçiliyə razı olsa belə, Ankaranın bu təklifə isti baxmayacağını yaxşı bilir. Tehran həm də Bakı ilə Ankara arasında fikir ayrılıqlarını dərinləşdirmək istəyə bilər. Nəticə etibarilə Bakı Tehranın nə etmək istədiyini sezəcək siyasi iradəyə sahibdir. Azərbaycan indiki məqamda çətin ki, Türkiyənin Suriyadakı maraqlarına qarışsın. Rəsmi Bakı üçün hazırda prioritet məsələlər Ermənistanla sülh sazişinin imzalanması, Cənubi Qafqazda sabitliyin təmin edilməsi, qonşularla əməkdaşlıq və müsbət əlaqələrin təmin edilməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou