Azərbaycan könüllülərinin zəlzələ bölgəsindəki növbəti günü - FOTO
Yusif Nəzərli
11:02 16.02.2023
Aktual
287
Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı, ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər.
Qeyd edək ki, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində əhaliyə xidmət göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı yüzlərlə zərərçəkmiş şəxsə səyyar şəkildə çay paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb, o cümlədən üç kəndə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak ediblər. Eyni zamanda, zəlzələdən zərər çəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib.
Ötən gün ərzində Kahramanmaraşdakı çadır şəhərciyində könüllülərimizin uşaq psixoloji reabilitasiya mərkəzi kimi fəaliyyət göstərən üç çadırı qurulub. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi işi davam etdirilib və zəruri olduqda peşəkar həkimlərə yönləndirilib.
Habelə, uşaqlar üçün əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək əlavə çadır da istifadəyə verilib. Bundan əlavə, şəhərboyu hərəkət edən səyyar uşaq əyləncə məntəqəsində fəaliyyət göstərən könüllü qızlarımız gün ərzində 70-dən çox uşağa xidmət göstəriblər.
Qeyd edək ki, Türkiyənin sabiq ailə və sosial siyasət naziri, Ədalət və İnkişaf Partiyasının idarə heyətinin üzvü Fatma Betül Sayan Kaya Azərbaycan könüllülərinin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm