Bakı-Ankara tandemi müdafiə xətti yaradır
Yusif Nəzərli
08:10 11.03.2022
Aktual
639
Azərbaycanla Türkiyə hərbi əməkdaşlığı daha dərin qatlara endirmək niyyətindədir
"Azərbaycanla Türkiyə diplomatik-siyasi səylərini səfərbər edir ki, Rusiya-Ukrayna müharibəsi sülh yolu ilə tənzimlənsin"
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib. Ölkə rəhbərinin martın 11-13-də Antalyada keçiriləcək Diplomatiya Forumunda iştirak edəcəyi deyilir.
Dövlət başçısı İlham Əliyevlə türkiyəli həmkarı arasında görüş də keçirilib. Ekspertlərin fikrincə, son günlər dünyada və regionda baş verən hadisələr fonunda bu görüş olduqca vacibdir. Analitiklərə görə, ölkə başçıları arasında müzakirə edilən mövzulardan biri şübhəsiz ki, mövcud Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, dövlət başçısı İlham Əliyevin səfəri postsovet regionunun xüsusi həssas zəminlərə ayaq basdığı zamana təsadüf edir. Bu mənada dövlət başçısının keçirəcəyi görüşlərdə Rusiya-Ukrayna münaqişəsinin həllinə dair müzakirələr aparılacağı gözlənilir:
"Azərbaycanla Türkiyə diplomatik-siyasi səylərini səfərbər edir ki, Rusiya-Ukrayna müharibəsi sülh yolu ilə tənzimlənsin. Ancaq Ukrayna müharibəsinin nəticələri nə olursa-olsun Bakı-Ankara ikilisi birgə strateji müdafiə qabiliyyətini gücləndirmək niyyətindən vaz keçməyəcək. Azərbaycanla Türkiyənin münasibətləri strateji müttəfiqlikdən də üstün mahiyyət və xarakterə malikdir. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyi əbədi edən sənədə çevrildi. Azərbaycanla Türkiyə qarşılıqlı müdafiə mexanizmləri ilə bir-birinə həm siyasi, həm diplomatik, yeri gələndə isə indiki dövr üçün hərbi təyinatlı dəstək verir. Rəsmi Bakı isə regional yaraların öz sərhədinə qədər metastaz verməməsi üçün əlindən gələni edir. Ermənistanın kiminsə qabığına girib Azərbaycana qarşı fürsətcil davranış sərgiləməsinə imkan vermir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra da Cənubi Qafqazdakı postmünaqişə dövrünün çağırışları Azərbaycan-Türkiyə əməkdaşlığının yeni səviyyəyə çatdırılmasını zəruri edir”.
A.Kərimova görə, liderlərin təmaslarında həmin məsələlər ətrafında yeni planların cızılması üçün tezislər müzakirə edilə bilər:
"Azərbaycan-Türkiyə müttəfiqliyi Zəngəzur dəhlizinin açılmasını labüd hala gətirir, bu dəhliz Bakı ilə Ankaranın perspektiv strateji yanaşması üçün münbit platformadır. Ancaq bu platformaya zədə vermək istəyən qüvvələr mövcuddur, burada Azərbaycan və Türkiyənin əlinə böyük iqtisadi-siyasi rıçaq verməmək planları dayana bilər. Ona görə də Azərbaycanla Türkiyə hərbi əməkdaşlığı daha da dərin qatlara endirmək niyyətindədir və hazırkı mərhələdə qarşılıqlı hərbi yardım halında hansı addımların atılacağı mexanizmləri müzakirə edilir. Bu həm Azərbaycanı, həm də Türkiyəni təhdidlərdən qoruyan çevrələri müəyyən edir, Ankara isə Cənubi Qafqazda hərbi iştirak səviyyəsini artırmaqla regional təhlükəsizliyin sabitliyinə töhfəsini əsirgəmir. Bakı ilə Ankaranı Ukraynadakı müharibə məsələsində yaxınlaşdıran digər nöqtə birgə enerji layihələridir.
Bu gün Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazını Avropa bazarlarına çıxarır. İndi Qərb siyasətçiləri və Qərbin iqtisadi arxitekturasını yeni düzənə uyğunlaşdıran strateqlər Azərbaycan qazını şaxələndirmək niyyətindədir, Ukraynada müharibə davam etdikcə isə bu, qaçılmaz təbii ehtiyaca çevrilir.
Azərbaycanla Türkiyə qlobal siyasətdə də müdafiə zolağı yaratmaq üçün əlindən gələni edir, söhbət Türk Dövlətləri Təşkilatından gedir.
Bakı və Anlara TDT-nin gündəliyini formalaşdıran dövlətlərdir və bu təşkilat çərçivəsində də əməkdaşlıqda yeni fazaların yaranacağı gözlənilir. Nəticə etibarı ilə Azərbaycan və Türkiyə liderlərinin görüşü hər hansı dövlətə qarşı yönəlmədən bir çox sahədə, o cümlədən də hərbi sahədə əməkdaşlığı dərinləşdirəcək.
Bakı-Ankara tandemi geosiyasi oxda özünə qarşı gələ biləcək təhdidlərdən sığortalanan müdafiə xətti yaradır. Azərbaycan və Türkiyə liderlərinin müzakirəsi Ukrayna münaqişəsinin həllinə də töhfə baxımından rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol