Bakının mövqeyi qəti və prinsipialdır
Turan
13:22 28.11.2020
Aktual
586
ATƏT tam obyektiv və tərəfsiz olmalıdır
30 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişə nail olmamış ATƏT bundan sonra nə iş görəcəyini, daha doğrusu, imkan verilərsə, nə iş görə biləcəklərini açıqlayıb. Qurum rəhbərliyi bildirib ki, bundan sonra təşkilatın öz işini daha səmərəli davam etdirməsini münaqişə tərəfləri ilə müəyyənləşdirmək lazımdır. Vurğulanıb ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların əsası əhəmiyyətli dərəcədə dəyişib. Təşkilatdan bildiriblər ki, bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi və atəşkəsə əməl olunması üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması hərbi təhlükəsizliyi təmin edəcək:
“ATƏT təhlükəsizliyin təmin olunması üzrə təşkilat olmaqla atəşkəs rejimi və böhran idarəçiliyindən tammiqyaslı sülh sazişi və münaqişəsonrası bərpa prosesinə keçiddə rol oynaya bilər. Zərurət halında fəaliyyətimizi genişləndirməyə hazırıq. Siyasi razılaşmalardan konkret fəaliyyətə keçidə kömək edə bilərik”.
Qurumun açıqlamasını “Şərq”ə analiz edən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, ATƏT-in bundan sonrakı missiyasının nədən ibarət olacağı tam aydın deyil. Politoloqun sözlərinə görə, əgər təşkilat nümayəndələrinin həqiqi niyyəti münaqişəni həll etmək, bölgədə qalıcı sülhə nail olmaq idisə, bunun üçün bir neçə təşəbbüs irəli sürməliydilər. Lakin qurum konkret fəaliyyətsizliyi ilə yaddaşlarda qaldı:
“Qarabağ münaqişəsini Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu həll etdi. Bununla da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri reallığa qovuşdu. Bundan sonra ATƏT hansı öhdəliyi üzərinə götürür? Fərqli formada missiyalarını davam etdirməyi arzu edirlərsə, tam obyektiv və tərəfsiz olmalı, beynəlxalq hüquq normalarının sürətli tətbiqini həyata keçirməlidirlər.
Beynəlxalq hüquq normaları isə Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz bərpa etməkdir. Rəsmi Bakının mövqeyi qəti və prinsipialdır. Əgər şərtlərimizə əməl etməyi bacaraqlarsa, buyursunlar, fəaliyyətlərini davam etdirsinlər.
Yox əgər Fransa kimi qərəzli və tərəfli olacaqlarsa, sözsüz ki, belə bir qurumun proseslərdə yer alması bizə lazım deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya