Britaniyanın Müşahidə Missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib
08:06 10.02.2020
Aktual
466
Böyük Britaniyanın Müşahidə Missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib. Trend-in məlumatına görə, altı nəfər səlahiyyətli şəxsdən ibarət missiya ortaq mətbuat konfransı keçirib.
“Seçkilərin müşahidəsi ilə bağlı cümə günü Bakıya gəldik. Məntəqələrə qrup şəklində getməmişdik. Maksimum ayrı-ayrılıqda yeddi məntəqəyə baş çəkdik. Beşinci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirəm.
Prezident seçkilərində də müşahidəçi qismində iştirak etmişdik. Bu zaman ərzində prosedurlarda ciddi dəyişikliklərin şahidi olmamışam. Bizdə yüksək təəssüratı seçkidən əvvəl müşahidəçilərin hüquq və vəzifələrinin əks olunduğu sənədlər yaradıb.
Müşahidəçilərin 80 faizi qadın idi. Qadınların səlahiyyətləndirilməsi müsbət amildir. Elə ölkələr var ki, orada heç bir sənəd əldə edilmir. Seçkilər müsbət ampluada keçdi”.
Nümayəndə heyəti birgə açıqlamasında seçkilərdə müşahidə etdikləri müsbət məqamları qeyd ediblər:
“Bəzi məntəqələrdə 10-dan artıq müstəqil namizəd var idi. Onlardan 38-nin parlamentdə yer ala biləcəyi qənaətindəyik. Bundan başqa, siyahıda seçki bülletenlərində namizədlərin adları qarşısında qısa məlumat vardı.
Düşünürəm ki, Britaniya da daxil olmaqla, bir çox ölkədə bu təcrübə tətbiq olunmalıdır. Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi. Seçki prosesinin pozulmasına isə şərait yaradılmamışdı.
Qadın müşahidəçilərin sayı kişilərdən daha çox idi. Yəqin kişilər hava soyuq olduğuna görə müşahidə üçün gəlməmişdilər. 800-dən artıq xarici müşahidəçinin dəvət olunması hökumətin prosesə nə dərəcədə demokratik hazırlaşdığının göstəricisidir.
Avropa ilə Azərbaycan arasında böyük fərqlər yoxdur. Sadəcə sizdə tam rəqəmlərlə nə qədər insanın səs verməsi barədə açıqlama verilmir. Bu məsələdə məntəqə sədri ilə müşahidəçilər arasında kiçik qarşıdurma yaranırdı. Bunun aradan qaldırılması mütləqdir. Başqa ciddi pozuntu yox idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual