Danışanda maskanızı çıxartmayın - İnfeksionist

Maska taxmaq və susmaq bu şərtlərdə infeksiyanın yayılma riskini azaltmağa kömək edə bilər.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist Yevqeni Timakov deyib. O bildirib ki, insanlar ünsiyyətdə olan zamanı mütləq maskadan istifadə etməlidir:

“Bir-birimizlə, xüsusən də yüksək səslə ünsiyyət qurarkən, sadəcə nəfəs almırıq, bunu qüvvətlə edirik. Bu vəziyyətdə maskasız 1,5 metrlik sosial məsafə təsirsiz ola bilər. Koronavirus havada olduqda viral yükü artır. Maskada danışmağınız daha məsləhətlidir”.