Deputat: “O əraziləri döyüşərək də azad edə bilərdik, amma...”
Banuçiçək Kalbalıyeva
12:42 01.12.2020
Aktual
862
“İtkilərimiz də çox olacaqdı. Kapitulyasiya müqaviləsi şərait yaratdı ki, üç rayonumuzu qan tökülmədən geri alaq”
“Bu, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu”
“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib. Dövlət başçısının sözlərinə görə, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: “Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Deməli, Azərbaycan təkcə hərb meydanında yox, həm də siyasi sferada qalib gəldi və gücünü bütün dünyaya göstərdi.
Millət vəkili Tahir Kərimli əldə olunan nailliyyətə dair fikirlərini “Sherg.az”la bölüşüb:
“Beynəlxalq ekspertlərin sözləri də, müşahidələr də təsdiqləyirdi ki, ötən illər ərzində ən güclü istehkamlar məhz Kəlbəcərdə qurulmuşdu. Həmçinin Laçın da olduqca strateji yerdir.
Əlbəttə, biz həmin əraziləri döyüşərək azad edərdik. Amma itkilərimiz də çox olacaqdı. Kapitulyasiya müqaviləsi şərait yaratdı ki, üç rayonumuzu qan tökülmədən geri alaq. Əlbəttə, bu, ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu.
Dövlət başçısı xalqa müraciətində bizim hansı təzyiqlərin qarşısını aldığımızdan danışdı. Beləliklə, əsas şərtimiz yerinə yetirildi- torpaqlarımız qaytarıldı. Prezidentin dediyi kimi, biz bir sıra layihələri indi birbaşa Rusiya ilə müzakirə edirik.
Çünki Ermənistanın özünün də bir dövlət olaraq varlığı sual altındadır. Yəni biz həm hərbi, həm də diplomatik qələbə qazandıq. Qazax və Naxçıvanın işğal altındakı kəndlərinin də geri qaytarılmasını arzulayırıq.
Amma, demək olar, Qarabağ artıq tamamilə bizimdir. Bu, çox sevindiricidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə