Danışıqlar prosesi müharibənin başa çatmasına yönəlməlidir. Əgər Rusiya müharibəni bitirmək istəmirsə, onda ona təsir göstərməyin yollarını tapmaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Yalta Avropa Strategiyası – 2026” iştirakçılarına müraciəti zamanı deyib.
“Əgər bu çətindirsə, heç olmasa bu gün addım-addım irəliləməliyik. Qara dənizin blokadasını aradan qaldırmaq və hər iki ölkənin enerji infrastrukturunun qorunacağı enerji atəşkəsi üçün imkan tapmaq lazımdır”, – deyə Zelenski vurğulayıb.
O hesab edir ki, hərbi əsirlərin mübadiləsi prosesini, həmçinin Rusiyada əsir saxlanılan ukraynalı mülki şəxslərin, jurnalistlərin və digər vətəndaşların azad edilərək geri qaytarılmasını davam etdirmək vacibdir. Həmçinin Ukraynanın uşaqlarının geri qaytarılması prosesi də davam etdirilməlidir.