Əli Əsədov Bakı və Abşeron icra hakimiyyətlərinin bu səlahiyyətini ləğv etdi
10:01 12.02.2020
Aktual
570
Bakı şəhəri və Abşeron Rayon İcra hakimiyyətlərinin (İH) sürüşmə əraziləri ilə bağlı səlahiyyəti ləğv edilib. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 5 mart tarixli qərarında dəyişiklik edib.
Nazirlər Kabinetinin “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 5 mart tarixli qərara əsasən, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilir.
Qüvvədə olan qərara əsasən, torpaq sürüşməsi təhlükəsi olan həmin ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndis tədbirləri nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etməli idi.
Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyəti tikintiyə icazə verən orqan (qurum) qismində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir. Başqa sözlə, torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndis tədbirləri nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual