Ərdoğan hamıya sübut edib
Ərdoğan hamıya sübut edib
Yusif Nəzərli
03:11 10.02.2023
Aktual
300
O, xaraktercə təhlükə qarşısında özünü itirməyən liderdir
Türkiyənin bu faciəsindən yararlanmaq istəyənləri növbəti dəfə məyus edəcək
"Qardaş Türkiyədə yaşanan ağır faciədən Rəcəb Tayyib Ərdoğan əleyhdarlarının, xüsusən də Qərbin Türkiyə və Azərbaycandakı şəbəkəsinin dərhal yararlanmaq cəhdləri açıq-aşkar ortadadır". Bunu Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü feysbuk səhifəsində yazıb. Partiya təmsilçisi bildirib ki, faciənin dəhşətlərini yaşamış insanların emosional ovqatına siyasi məzmun verərək, onun Ərdoğana qarşı kütləvi qəzəb və nifrətə çevrilməsi üçün hər şey edilir: "Məqsəd də odur ki, Türkiyədəki 14 may seçkilərinə qədər Ərdoğan ciddi siyasi nüfuz və səs itkisinə məruz qalsın, yenidən prezident seçilməsin.
Hazırda Ukrayna üzərində Rusiya ilə taqətdənsalma savaşı aparan Qərb üçün Türkiyədəki 14 may seçkiləri fövqəladə dərəcədə əhəmiyyət daşıyır. Onlar hesab edirlər ki, Ərdoğan yenidən prezident seçilməzsə və onu Qərbin müdafiə etdiyi şəxs əvəzləyərsə, bu, 2016-cı ildən etibarən daha açıq şəkildə müşahidə olunan Rusiya-Türkiyə əməkdaşlığına da son verə, beləliklə, Rusiyaya qarşı Qara dəniz hövzəsi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca yeni bir cəbhə açıla bilər.
Şübhəsiz ki, bunu Rusiya da bilir və indi Putin üçün Ərdoğanın hakimiyyətdə qorunub saxlanması öz hakimiyyətinin qorunub saxlanması qədər önəmlidir. Bir qədər də dəqiq desək, 2024-cü ildə Rusiya, Ukrayna və ABŞ-də gözlənilən prezident seçkilərinin taleyi daha çox elə Türkiyədəki may seçkilərində yazılacaq. Bu baxımdan, qarşıdakı 3 ayda Türkiyəyə qarşı Qərbin basqılarının xeyli artacağı, hətta bunun ölkə daxilində davamlı kütləvi iğtişaşlara, toqquşma və etirazlara çevrilməsi üçün cəhdlərə çevriləcəyi proqnozlaşdırılır. Eyni zamanda anti-Qərb bloku, xüsusən də Çin və Rusiya tərəfindən Ərdoğan hakimiyyətinin sonadək dəstəklənəcəyini də gözləyə bilərik".
E.Şükürlü vurğulayıb ki, son 20 ildəki fəaliyyəti ilə Ərdoğan hamıya sübut edib ki, o, xaraktercə təhlükə qarşısında özünü itirməyən, toparlanan, səfərbər olunan və kritik situasiyalarda daha çevik, effektli davranan, böhranı imkana çevirməyi bacaran liderdir:
"İnşallah, o, qardaş Türkiyənin bu faciəsindən yararlanmaq istəyənləri növbəti dəfə məyus edərək, ölkəsinə uzanan yad əlləri kəsəcək. Bütün fitnəkarlıqların qarşısını alacaq və öz xalqını arxasında yenidən toparlamaqla, onu yeni hədəflərə götürməyi bacaracaq! Biz bu savaşda da, seçkidə də Türkiyəni yenidən quran, onu daha təhlükəsiz bir dünyaya aparmağa çalışan Ərdoğanın yanındayıq. Allah Onun və Türkiyəmizin köməyi olsun! Ən böyük yardımımızsa dualarımızdır!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm