“Ermənistan beynəlxalq məsuliyyətə cəlb oluna bilər”
Banuçiçək Kalbalıyeva
12:39 20.11.2020
Aktual
666
“Düşmən qadağan olunmuş döyüş silahlarından, kasetli bombalardan, fosforlu silahlardan istifadə edirdi”
“Bu, Ermənistanın açıq təcavüzkar cinayətidir”
“Dünyanın belə hallara susması isə başa düşülən deyil”
“Dağlıq Qarabağ münaqişəsi zamanı "İsgəndər" ballistik taktiki raket sistemindən istifadə olunub”.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan jurnalistlərə açıqlamasında bildirib.
“İstifadə olunub, lakin hansı istiqamətdə olduğunu deyə bilmərəm”,- deyə Akopyan brifinq zamanı “İsgəndər” raket sisteminin niyə istifadə edilməməsinə dair sualı cavablandırarkən bildirib. İlk gündən etibarən hamının gördüyü, düşmənin isə etiraf etmədiyi həqiqət, nəhayət, üzə çıxdı.
BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoruƏmir Əliyev “Sherg.az”a açıqlamasında bunun ciddi beynəkxalq məsuliyyətə səbəb ola biləcəyini söyləyib:
“Ermənilər ilk gündən etibarən istifadəsi qadağan olunmuş döyüş silahlarından, o cümlədən kasetli bombalardan, fosforlu silahlardan istifadə edirdi. Amma bunu boynuna almırdı.
İndi daha təhlükəli silahlardan atəş açdığını bütün dünyanın gözü qarşısında etiraf etdi. Qeyd edim ki, belə silahlar uzaqmənzilli olduğuna görə hərbi əməliyyatlarda istifadə edilməyib.
Başqa sözlə desək, daha çox məsafə qət etdiyinə görə Ermənistan onlardan döyüş əməliyyatlarından kənarda mülki əhalini vurmaq üçün istifadə etmiş olub. Bu, Ermənistanın açıq təcavüzkar cinayətidir. Generalın etirafı işğalçıların beynəlxalq hüququ kobud şəkildə pozmağının göstəricisidir. Buna dair kifayət qədər sübutumuz var.
Biz bütövlükdə müəyyən beynəlxalq qurumlarda məsələ qaldırmaq üçün ciddi əsaslara malikik. Hətta bildiyimə görə, general Ermənistanda istintaqa da cəlb edilib. Deməli, Ermənistan tam beynəlxalq məsuliyyətə də cəlb oluna bilər.
Dünyanın belə hallara susması isə başa düşülən deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media