Ermənistan parlamentində dava:“Siyasi qütbləşmə, xaos və fiasko..."
Banuçiçək Kalbalıyeva
11:27 27.11.2020
Aktual
702
«Ona görə də həmin dövlət üçün hansısa xoşbəxt sonluqdan söhbət gedə bilməz. İndi Ermənistanda hərə öz marağını güdür »
«Siyasilər bir-birilərini neytrallaşdırmağa çalışırlar. Ortada isə hansısa real təklif yoxdur»
“Fikrimcə, işğalçı ölkədə çaxnaşma hələ davam edəcək”
Ermənistan parlamentində deputatlar arasında dava düşüb. Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb. Dava “Mənim addımım” Partiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı başlayıb. Belə ki, “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın müharibədəki məğlubiyyətlə bağlı sualına A.Danielyan kobud cavab verib. Bu zaman müxalif partiyanın daha bir üzvü Naira Zoqrabyan baş nazir Nikol Paşinyanın Azərbaycanda animasiya filmlərinin qəhrəmanına çevrildiyini söyləyərək müdaxilə edib. A.Danielyan isə cavabında “siz də Azərbaycanda super ulduzsunuz” deyib. Bundan sonra parlamentdə dava düşüb.
Erməni deputatları yalnız mühafizəçilərin yardımı ilə ayırmaq mümkün olub. Görünən odur ki, Ermənistan siyasi hakimiyyətinin uçuruma yuvarlanması üçün heç bir əlavə güc lazım deyil. Elə özləri bir-birilərinin axırına çıxacaqlar. Çünki hətta indiki məqamda bir-biriləri ilə əlbəyaxa ola biləcək xislətlərə sahibdirlər. Ya da, ola bilsin, torpaq iddialarından əl çəkib, indi də bir-birilərinin mandatları uğrunda vuruşurlar.
BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov rəsmi İrəvandakı daxili böhranla bağlı “Sherg.az”ın suallarını cavablandırıb:
-Görünür, partiyalardan birinin dediyi digərinin “boğazından keçmir». Bu barədə nə düşünürsünüz?
-Əslində belə hallar gözlənilən idi. Çünki Ermənistandakı sosial vəziyyət çoxdan pisdir. Müharibədəki məğlubiyyət isə siyasi sabitliyə də təsir göstərdi. Başda “Daşnaksütun” olmaqla 17 partiya Paşinyanın istefasını tələb edir. Onu dövləti düzgün idarə edə bilməməkdə, xəyanətdə günahlandırırlar. Fövqəladə rejimin aradan qalxması, hakimiyyətin müvəqqəti hökumətə təhvil verilməsi əsas təklifdir. Amma Paşinyan hələ hakimiyyəti əldən vermək istəmir və mübarizə aparır. Onun tərəfdarları da az deyil.
-Elə isə baş naziri dəstəkləyənlərin arqumentləri nələrdir?
-Reallıq ondan ibarətdir ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistan mğlubiyyətə məhkumdur. Bu dövlət heç bir halda Azərbaycanla bacarmaz. Gerçəklik bundan ibarətdir. Paşinyan tərəfdarları da dediyim məqamı başa düşürlər. Parlamentdəki siyasi qütbləşmə, xaos, o cümlədən dünənki fiasko dediyimiz məsələnin bariz nümunəsidir. Amma yeganə səbəb bu deyil.
-Başqa hansı məqamlar var?
-Bildiyiniz kimi, ermənilər Kəlbəcərdə Zod qızıl yataqlarını sərhədləri daxilinə salmaq istəyirdilər. Azərbaycan əsgərlərinin buna imkan verməməsi isə daxili narazılığı daha da artırdı.
-Sizcə, Paşinyan hakimiyyətini qoruya biləcək?
-Bunu demək çətindir. Hər halda indi Ermənistandakı durum bizdə 90-cı illərdə, Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələnədək olan vəziyyəti xatırladır. O vaxt Ulu Öndər daxili sabitlik yaratmağı bacardı. Lakin Ermənistanda faktiki olaraq belə güc yoxdur. Ona görə də həmin dövlət üçün hansısa xoşbəxt sonluqdan söhbət gedə bilməz. İndi Ermənistanda hərə öz marağını güdür. Siyasilər bir-birilərini neytrallaşdırmağa çalışırlar. Ortada isə hansısa real təklif yoxdur. Düzdür, bəzi partiya rəhbərləri hansısa “yol xəritəsi” ilə çıxış edirlər. Amma onların hər birində ən vacib məsələ - Azərbaycanla normal münasibətlərin qurulması unudulub. Halbuki biz dəfələrlə bildirmişik ki, torpaqlarımız tamamilə qaytarılacağı təqdirdə normal münasibətlərə hazırıq. Dediyim kimi, Ermənistanda diktator rejimi hökm sürür. Amma beynəlxalq qurumlar buna göz yumurlar və beləliklə, ikili standartlara əl atırlar.
-Bəs noyabrın 10-da imzalanan bəyanatın şərtləri pozula bilərmi?
-İnanmıram. Çünki artıq beynəlxalq ictimaiyyət reallıqla barışır. Üstəgəl, Türkiyə ilə Rusiya bəyanatın şərtlərinin icra edilməsinin təminatçısıdırlar. Azərbaycanın ərazi bütövlüyü artıq müzakirə predmeti deyil, reallıqdır. Belə olan təqdirdə bəyanat heç bir halda pozula bilməz. Hətta müxalif qüvvələr də bunu görür və başa düşürlər. Hərçənd onların arasında “Paşinyan hakimiyyətdən gedəndən sonra nə olur olsun” deyənlər də var. Fikrimcə, Ermənistanda xaos və çaxnaşma davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya