Ermənistanda daxili gərginlik: Prezidentlə baş nazir arasında qarşıdurma şiddətlənir
Turan
09:19 11.02.2020
Aktual
809
“Ermənistanda daxili siyasi situasiyada gərginliklər hökm sürür”. Bunu “Şərq”ə Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. Düşmən ölkədəki gərgin siyasi durumu şərh edən politoloq bildirib ki, baş nazir Nikol Paşinyan siyasi hakimiyyətini gücləndirməyə çalışır:
“Bu istiqamətdə Cinayət Məcəlləsində və Konstitusiya Məhkəməsində dəyişikliklərə can atır. Prezident Armen Sarkisyan köhnə hakimiyyətin adamı olduğu üçün Nikol Paşinyanın dəyişikliklər islahatına mane olur. Prezidentlə baş nazir arasında qarşıdurmanın dərinləşəcəyi ehtimalı böyükdür. Nəticədə Armen Sarkisyana yönəlik hücumlar artacaq”.
Siyasi şərhçinin fikrincə, ölkədə prezident postu və Konstitusiya Məhkəməsi “Qarabağ klanı”nın nəzarətindədir:
“Paşinyan çalışır ki, Konstitusiyada dəyişikliklər etməklə, bu postlardan əvvəlki klanın nümayəndələrini uzaqlaşdırsın. O səbəbdən tərəflər arasındakı qarşıdurma dərinləşir. “Qarabağ klanı” Paşinyana qarşı cəbhə açır. Hesab edirəm ki, bu, ölkə daxilində yeni münaqişəyə gətirəcək və Ermənistanda siyasi böhran daha da dərinləşəcək. Göründüyü kimi, Paşinyan öz hakimiyyətini gücləndirə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region