Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququ mövzusunda panel keçirilib
Yusif Nəzərli
07:04 05.12.2024
Aktual
434
Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış mövzusunda panel keçirilib.
APA xəbər verir ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə mövzu ilə bağlı tarixi və hüquqi məsələlər müzakirə edilib.
Panelin moderatoru millət vəkili Fariz İsmayılzadə müzakirə olunacaq istiqamətlər barədə məlumat verib və çıxışçıları təqdim edib.
Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt qayıdış hüququ və bu tip məsələlərin həlli istiqamətində vətəndaş cəmiyyətlərinin fəaliyyətinə dəstəyin zəruriliyini qeyd edib: “Vətəndaş cəmiyyətlərinin fəaliyyətinə çox dəstək vacibdir. Çünki mədəni irsin qorunmasında onların rolu böyükdür. Azərbaycan beynəlxalq hüquqa uyğun olan əsaslanan təkliflərlə çıxış edir. Sülhün təmin olunmasında bunlar nəzərə alınmalıdır”.
Paneldə Frankfurt Universitetinin müəllimi dr. Michael Hess, Roma Sapienza Universitetinin Beynəlxalq Hüquq üzrə əməkdaşı dr. Valentina Chabert, Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxulia, Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov qayıdış hüququnun əhəmiyyəti, tarixi faktlar, bu günün reallığında siyasi əlaqələrin necə tənzimlənməsi barədə fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur