Fransa "qaynayır": "Belə çaxnaşmalar nə ilkdir, nə də son” – AKTUAL
Banuçiçək Kalbalıyeva
11:32 30.11.2020
Aktual
970
“Sosial gərginliyin siyasi proseslərə təsir göstərdiyi bir məqamda problemləri ört-basdır etmək mümkün deyil”
Fransada “Qlobal təhlükəsizlik barədə” qanun layihəsinin əleyhinə şənbə günü davam edən nümayişlər zamanı 100-ə yaxın təhlükəsizlik qüvvələrinin əməkdaşı xəsarət alıb. Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun məlumatına əsasən, 23 polis Parisdə keçirilən etiraz aksiyasının gedişində, digərləri isə əyalətlərdə yaralanıb. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşlarda iştirak edən 80-dən çox şəxsi saxlayıblar.
Həmçinin iğtişaşlar zamanı suriyalı fotoqraf Əmir əl-Halbi başından zədə alıb. Beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatının Baş katibi Kristof Deluar polisin 24 yaşlı fotomüxbirə qarşı zorakılığını qınayıb.
Rəsmi məlumata əsasən, “Silahları endirin ki, biz də kameraları endirək!” şüarı altında keçirilən etiraz yürüşləri 133 min insanı bir araya gətirib. Nümayişlər bir çox şəhərdə iğtişaşlarla müşayət olunub.
Nazir qeyd edib ki, iğtişaşlar zamanı ümumilikdə 98 nəfər polis zabiti və jandarma əməkdaşı yaralanıb. O, asayiş keşikçilərinə tam dəstək olduğunu ifadə edərək qanuna zidd hərəkət edənlərin cəzalandırılacağını bildirib.
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadə bu barədə fikirlərini “Sherg.az”la bölüşüb:
“Aksiyalara səbəb ölkədə qəbul edilən yeni qanun, xüsusilə polislərin fotosunun çəkilməsinin qadağan edilməsidir. Bu, polis özbaşınalığına şərait yaradılması, söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir.
Bir neçə jurnalist artıq polis zorakılığının qurbanına çevrilib. Deməli, bir tərəfdən bəyan edilən azadlıqlar digər tərəfdən boğulur.
Hər halda Fransada belə çaxnaşmalar nə ilkdir, nə də son. Əvvəllər də belə hadisələr olub. Fikrimcə, yay-yaz aylarında da ölkədə mitinqlər keçiriləcək. Sosial gərginliyin siyasi proseslərə təsir göstərdiyi bir məqamda problemləri ört-basdır etmək mümkün deyil”.
Mollazadə Fransada hadisələrin daha da gərginləşəcəyini istisna etmir:
“Əlbəttə, bizi narahat edən əsas məsələlərdən biri də məhz islamofobiyadır. Həmçinin radikal sağçılar çox ciddi siyasi gücə malikdirlər. Hazırkı iqtidarla etirazçı partiyaların mübarizəsi cəmiyyətdəki qarşıdurmanı daha da artırır.
İndi Fransada əsas problem daxili sabitliyin olmamasıdır. Bu isə təkcə Fransa yox, bütün Avropa üçün mənfi nəticələrə səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya