Fransada islamofobiya ! - "Müsəlmanların sayını azaltmağa çalışırlar”
Banuçiçək Kalbalıyeva
13:32 27.11.2020
Aktual
693
“Hətta Fransız vətəndaşı olan ibadət əhli nümayəndəsini də incidirlər”
“Son üç ildə qırxdan çox məscid bağlanıb. Bu, Fransanın mövqeyini göstərir”
Fransa hökuməti Parisdəki Pantin məscidini bağlayıb. Məscidin imamı bununla bağlı şikayət etsə də, şikayəti təmin olunmayıb. Fransadakı müsəlmanların böyük etirazlarına səbəb olan bu addıma səbəb kimi imamın sosial şəbəkələrdəki paylaşımları göstərilib. "Təxribatçı məzmunlu paylaşımlar" adlandırılan hansısa statuslara görə böyük bir icmanın ibadət etdiyi məscidin bağlanması Fransadakı islamofobiyanın hansı həddə çatdığını göstərir.
Bu, artıq sayını unutduğumuz növbəti erməni təxribatıdır. Necə deyərlər, biz danışmaqdan yorulduq, onlar eşitməkdən yorulmurlar.
İlahiyyyatçı Elşad Miri sözügedən provokasiyaya dair fikirlərini “Sherg.az”la bölüşüb:
“Əslində belə bir addım gözlənilən idi. Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkədir. Həm də orada ibadət əhli daha aktivdir. Müxtəlif təşkilatlarda, ictimai birliklərdə, QHT-lərdə birləşiblər. Mən indiyədək onların keçirdiyi müxtəlif tədbirlərdə, layihələrdə iştirak etmişəm. O qurumların heç birinə qarşı sanksiya tətbiq edilməsə də, məscidlər bağlanır. Son üç ildə qırxdan çox məscid bağlanıb. Bu, Fransanın mövqeyini göstərir”.
E.Miri rəsmi Parisin sanksiyalarını qınayıb:
“Bildiyim qədərilə Fransa dünyada ilk sekulyar ölkədir. İndi də sekulyar davranmağa çalışır. Buna baxmayaraq, həm də müsəlmanlara qarşı dözümsüzdürlər. Düzdür, bir çox müsəlmanın yerli hökumət dairələrində çalışmaları müsbət haldır. Amma fakt ondan ibarətdir ki, müsəlmanların sayını azaltmağa çalışırlar. Hətta Fransız vətəndaşı olan ibadət əhli nümayəndəsini də incidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya