Gürcüstan MSK-dan Milli Məclisə seçkilərlə bağlı AÇIQLAMA
08:27 10.02.2020
Aktual
629
“Azərbaycan Mərkəzi Seçki Komissiyası bu seçkilərdə kifayət qədər təqdirəlayiq fəaliyyət göstərib. Biz seçkilər üçün ayrılan müddətin qısa bir dövrü əhatə etdiyini nəzərə alsaq, o zaman bunu təqdirəlayiq hesab etməyə borcluyuq. Mən buna görə də azəbaycanlı həmkarlarımı təbrik edirəm”.
Report xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə sağlamlıq məhdudiyyətli seçicilər üçün yaradılan şərait seçkilərin daha da inklüziv keçirilməsinə töhfəsini verib:
“Biz Bakıdakı dairələr üzrə ümumilikdə 10 məntəqədə müşahidələr aparmışıq. Bütün seçki məntəqələri 08:00-da açıq elan edilmişdi, eyni zamanda, bütün hazırlıq işləri bu ana qədər tam yekunlaşmışdı.
Müşahidə etdiyimiz məntəqələrdə hər hansı bir neqativ halla rastlaşmamışıq. Çünki hər kəs öz işini layiqli şəkildə icra edirdi. Seçicilər səs verirdi, müşahidəçilər və komissiya üzvləri də öz işlərini icra edirdilər. Həm müşahidəçilərin, həm də partiya nümayəndələrinin seçkiləri izləməsi üçün obyektiv şərait yaradılmışdı”.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının İnsan Resursları üzrə nümayəndəsi Georgi Kalandarişvili isə bildirib ki, 5000-dən çox seçki məntəqələri ilə müqayisədə 10-dan çox məntəqədə keçirdikkələri müşahidələr ümumi seçkinin mənzərəsini açmağa kifayət etmir:
“Amma biz müşahidələr apardığımız dairələrdə mümkün qədər öz fəaliyyətimizi genişləndirməyə çalışmışıq. Xüsusilə qeyd edim ki, müşahidə apardığımız seçki məntəqələrini özümüz seçmişdik.
Bu da prosesin şəffaflığının göstəricilərindən biridir. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə etmişik. Bu zaman hər hansı kənar və süni yaradılmış müdaxilələrə rast gəlmədik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual