
Havada barıt qoxusu yüksəlir
Yusif Nəzərli
04:36 03.06.2022
Aktual
504
Ermənistanın təxribat planları bir azdan əleyhinə işləyəcək
Ermənistan ordusu iyunun 2-də Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb və vəziyyət tam nəzarətə alınıb. Müdafiə Nazirliyindən vurğulanıb ki, Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Qeyd olunub ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, Ermənistan zəhərli ideyaları təkcə özü istehsal etmir, ona bu cür məhsulu verən xarici faktorlar da var. Hərçənd ki, onların da məqsədi Azərbaycanla bütün ipləri qırmaq deyil: “Dövlət sərhədindəki atışma Azərbaycan-Türkiyə əlaqələrinin sərhədsiz inkişafına verilən qısqanc reaksiyalar da ola bilər. Ermənistanın qırılmış qol-qanadını cüzi restavrasiya cəhdi həm Rusiyanın, həm Fransanın, həm də ABŞ-ın marağındadır. Lakin məqsəd heç də Azərbaycanın yaratdığı reallığı qəbul etməmək mesajını ötürmək deyil. Qısası, reallığı qəbul etməmək kimi mənasız çırpınmalar artıq geridə qaldı. Ermənistan hər bəyanatı və gedişatları özünün mifik strateji xəttinin xeyrinə çevirmək istəsə də, bu cəhdlər hədər gedir. Azərbaycan isə sərhədlərin delimitasiyası və demarkasiyası üçün aparıılan ikitərəfli danışıqlarla paralel olaraq sərhəddə bərkimək siyasətini davam etdirir. Yəni İrəvanın istədiyi qoşunların sərhəddən geri çəkilməsi baş tutmur”.
Analitik bəyan edib ki, sərhəddəki gərginlik elə delimitasiya prosesinin ruhundan doğur: “Azərbaycan üçün hər hansı ciddi təhdid yarada biləcək formaya düşə bilməz. Yox, əgər əksi baş verərsə, o zaman Müdafiə Nazirliyinin açıqlamasındakı “qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” deməsinə diqqət edək. Bu, delimitasiya prosesinə Bakının barıt qoxusu qatacağı ismarışını verir. Bu cür insidentlər olacaq, ancaq bir vəziyyət dəyişməyəcək. Sərhədin bütün istiqamətlərində vəziyyət Azərbaycan Ordusunun nəzarəti altında qalacaq. Vəziyyət deyərkən, onun təsviri və ölçülərini də vermək lazımdır. Yəni təxribatlar intensiv hal alacaqsa, Ermənistanın strateji və taktiki dərinlikləri Azərbaycan Ordusunun təzyiqi ilə rastlaşacaq. Hələ bura Naxçıvan istiqamətini də əlavə etsək, onda İrəvanda xal qalmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi