
Hər kəs Türkiyənin yanındadır
Yusif Nəzərli
08:12 15.02.2023
Aktual
433
Azərbaycandan Türkiyəyə yardım aksiyası böyük bir hərəkata çevrildi
"Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi və sarsılmazdır". Bunu millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, iki dost və qardaş ölkə Azərbaycanla Türkiyə tarixin bütün dövrlərində sevincli və kədərli günlərdə bir-birinin yanında olublar: "Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycan xalqını da dərindən kədərləndirdi.
Ölkəmiz qardaş Türkiyənin dərdinə şərik çıxdı. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa çalışdı. Yardımlar ilk gündən Bakı şəhəri, Babək prospektində toplanmağa başladı. Sonra daha böyük məkanda, Bakı İdman Sarayında yardım kampaniyası davam etdirildi. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın etdilər. Kimisi gödəkçə, şalvar, əlcək, bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yorğan, döşək, əl fənəri, generator və s. ehtiyac duyulan nə varsa göndərməyə can atdı".

C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən, Azərbaycanın dövlət və özəl qurumları yardım aksiyalarına qoşuldular:
"Qısa müddətdə yardım aksiyası böyük bir hərəkata çevrildi. Prezidentin bilavasitə tapşırıq və göstərişlərinə əsasən, hazırda Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir. Sona qədər Türkiyənin yanında olacağıq. Heç şübhəsiz, iki dost və qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaq. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm