İcma sədri: “Qərbi Azərbaycana qayıdış 60 milyona yaxın azərbaycanlının məsələsidir”
Yusif Nəzərli
12:38 15.02.2023
Aktual
302
“Qərbi Azərbaycana qayıdış həm də 60 milyona yaxın azərbaycanlının məsələsidir”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir sıra nümayəndələri ilə görüşü zamanı tarixi fikirləri həyatımızın yeni bir mərhələsinə qədəm qoyduğunu göstərdi:
“Prezident bu zaman icma qarşısında bir sıra məsələlər qoyub. Həmin çıxışdan sonra son 200 ildə tarixi torpaqlarımızdan qovulan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı prosesinə yeni start verildi. Ölkə Prezidentinin qarşımıza qoyduğu digər məsələlərdən biri də Qayıdış Konsepsiyasının hazırlanması idi ki, artıq həmin konsepsiya ictimaiyyətə təqdim olunub. Bu baxımdan Azərbaycanda olan bütün qurumlar bu məsələyə öz töhfəsini verməlidir. Çünki bu, hər birimizi düşündürən ümummilli məsələdir”.
İcma sədri bildirib ki, soydaşlarımızın öz yurdlarına qayıtması məsələsində ölkədəki qurumlarla yanaşı, ölkə xaricindəki Azərbaycanla bağlı bütün təşkilatlar öz dəstəyini verməlidir:
“Həmçinin vətəndaş cəmiyyətinin üzərinə də çox böyük işlər düşür. Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə keçirilən görüşümüzdə də əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edəcəyik və gələcəkdə bu istiqamətdə atacağımız addımlarla bağlı qərarlar qəbul edəcəyik”.
“Bu yaxınlarda QHT Agentliyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına İctimai Dəstəklə bağlı qrant müsabiqəsi elan edib. Belə hesab edirik ki, həmin müsabiqənin həyata keçirilməsi bu sahədə atılmış mühüm addımlardan biri olacaq”-, Ə. Ələkbərli vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm