İsrail nümayəndələri: “Bakı son illər ərzində çox inkişaf edib”
18:53 09.02.2020
Aktual
443
Azərbaycandakı parlament seçkilərini müşahidə edən İsrail nümayəndələri seçkinin şəffaf şəkildə keçirildiyini qeyd edib.
Oxu.Az-ın xəbərinə görə, Milli Məclisə keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar israilli beynəlxalq müşahidəçi Roman Gureviç deyib ki, seçkilər şəffaf və effektiv keçirilib:
“Seçkilərdə iştirak üçün bir neçə gün əvvəl Bakıya gəlmişik. Bakı son illər ərzində çox inkişaf edib. Biz Bakının altı məntəqəsində müşahidələr apardıq. Müşahidələrimizə əsasən deyə bilərik ki, səsvermədə gənclər çox aktiv iştirak ediblər. Bu da müsbət haldır. Seçki prosesində hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb”.
Müşahidəçi Boris Qrosman isə bildirib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur:
“Düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Müşahidə etdiyimiz məntəqələrdə yaşlı insanlar öz nəvələri ilə seçkiyə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər”.
B.Qrosman əlavə edib ki, İsrail Azərbaycanı sevir və hər zaman dəstəkləyir. Azərbaycan İsrail üçün həmişə qardaş və dost ölkə olub, olacaq.
Müşahidəçi Aleksey Tessarski Azərbaycanda insanların seçkiyə ciddi yanaşdığını deyib:
“Bu, onun nəticəsidir ki, insanlar öz həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsində maraqlıdır. Buna görə də hər kəs seçkidə iştirakı vacib hesab edir. Onlar ölkənin tarixinə biganə deyillər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual