Keçmiş deputat seçki məntəqəsində dava saldı
19:09 09.02.2020
Aktual
547
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 25 saylı seçki məntəqəsində “Müsavat” Partiyasının namizədi, keçmiş deputat İkram İsrafil qalmaqal yaradıb. “Yeni Sabah” xəbər verir ki, İ.İsrafilin həmin seçki məntəqəsində müşahidəçi olan qızı səsvermə kabinəsinin yanında dayanaraq seçiciləri atasına səs verməyə çağırıb.
Bu isə digər namizədləri təmsil edən müşahidəçilərin narazılığına səbəb olub və onlar həmin şəxsə bunun qanunsuz olduğunu bildiriblər. Lakin bu zaman qalmaqal baş verib və məntəqədə olan İ.İsrafil müşahidəçilərə hücum çəkib. Onları təhqir edən müxalifət təmsilçisi hətta vurmağa da cəhd göstərib.
Namizədin bu hərəkətinin qanunazidd olduğunu bildirən komissiya üzvləri onu səsvermənin gedişinə müdaxilə etməməyə çağırıblar.
Müşahidəçilər baş vermiş hadisəni aktlaşdırıb və bu barədə Dairə Seçki Komissiyasının sədrinə müraciət ediblər. Aktda bildirilib ki, İ.İsrafilin məşvərətçi səs hüquqlu müşahidəçisi Nərmin xanım seçki prosesinin gedişinə ciddi şəkildə müdaxilə edir:
“Belə ki, xanım müşahidəçi yerli-yersiz sualları ilə seçkinin gedişatını ləngidir, seçiciləri söhbətə tutaraq hər şeyə müdaxilə edir. Xahiş edirik, bu barədə ciddi tədbir görəsiniz”.
Aktı məntəqədə olan yeddi müşahidəçi imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual