Məzahir Pənahovun ümidi doğrulmadı

Milli Məclisə keçirilən seçkilərdə qalib gələnlərin 21-i qadın, 104-ü kişidir.

Axar.az xəbər verir ki, seçkilərdə Yeni Azərbaycan Partiyası 74, Vətəndaş Həmrəyliyi Partiyası 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Ana Vətən Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vəhdət Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1 mandat qazanıb.

Milli Məclisə seçilənlər arasında 71 nəfər əvvəlki deputatlardır, 44 nəfər isə yeni simadır.

Ən gənc deputat 26 yaşlı Səbinə Xasayevadır.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov 1314 namizəd arasında qadınların 21 faiz təşkil etdiyini bildirmiş, seçki nəticələrinə görə isə qadınların parlamentdə səs faizinin bundan daha artıq olacağına ümid etdiyini vurğulamışdı.

Hazırda qadınların parlamentdə təmsilçiliyi 16,8 faizdir.