Millət vəkili: “Qeyri-qanuni yaşayan hər kəsi torpaqlarımızdan “təmizləyəcəyik”

Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsi zamanı deyib ki,  Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Onlar üçün bu, daha böyük fürsətlər yaradacaq.

“Bakıdakı erməni kilsəsinin təmir olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerləbir etdilər”.- deyə, dövlət başçısı əlavə edib.

Millət vəkili Elman Məmmədov bu barədə “Sherg.az”a danışdı:

“Dövlətin ərazisində daimi yaşamaq üçün mütləq vətəndaşlığı qəbul etməlisən. İndi ermənilərin iki yolu var. Ya digər milli azlıqlar kimi vətəndaşlığımızı qəbul edəcək və ölkəmizdə yaşayacaqlar, ya da torpaqlarımızdan çıxacaqlar. Və ya həbs olunacaqlar. Hər halda biz qeyri-qanuni yaşayan hər kəsi torpaqlarımızdan “təmizləyəcəyik”.