“Minsk qrupunun vasitəçiliyi rədd edilməlidir” - Fransaya görə
Banuçiçək Kalbalıyeva
12:07 26.11.2020
Aktual
935
Noyabrın 18-də erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senat qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsini yerli senata təqdim etmişdi. Dünən isə həmin layihə müzakirə edilərək qəbul olunub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə danışarkən həmin sənədin bizim üçün adi kağız parçasından başqa bir şey olmadığını deyib: “ İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.
Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir”.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Fransa parlamentinin qərarı barədə “Sherg.az”a danışıb:
“Azərbaycan Parisdəki səfirini Bakıya çağırıb, bu barədə danışıqlar aparmalıdır. Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi rədd edilməlidir. Frasanın olduğu heç bir görüşə qatılmaq lazım deyil.
Fransa ilə enerji sahəsindəki və Xəzər dənizi ilə əlaqədər məsələlər yenidən dəyərləndirilməlidir. Türk əsgəri Şuşa, Ağdam, Kəlbəcər və Laçına yerləşdirilməlidir. Fransanın malları boykot edilməlidir”.
Onun fikrincə, bu məsələyə lazımi diqqət ayırılmalıdır:
“Bu qərar BMT-nin qərarlarına ziddir. Ona görə də birbaşa həmin təşkilata müraciət etmək lazımdır. İslam Əməkdaşlıq Təşkilatı bir yerə yığılmalı və bu hüquqsuz addıma münasibət bildirməlidir.
Türkiyə, Pakistan kimi dost ölkələr ümumi işlər görməlidir. Eyni zamanda İsrailin və Yəhudi lobbisinin mövzu ilə əlaqədər dəstəyi də lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya