Naşir problem qaldırdı: “Təmiz rayon", "təmiz kənd" etmək olmazmı?!” - Meşələr zibillikdir! + Video
Fidan Həmişəyeva
13:21 12.04.2021
Aktual
781
"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Feysbuk hesabında mühüm məsələyə toxunaraq, maraqlı bir təkliflə çıxış edib. O, bildirib ki, Yardımlıda zibil atmağa yer yoxdur və kim hara gəldi zibili atır:“Çay kənarında yaşayanlar çayla axıdır. Kəndlərin ətrafında olan dərələr zibilxananı əvəz edir. Orda yaşayanlar bunu çox təbii qəbul edir. Çünki Alternativ yoxdur. Yardımlıda zibil idarəsi var, amma onun təkcə bir Qaz 53 maşını, 2 nəfər fəhləsi var. Onların da gücü mərkəzin zibilini təmizləməyə yetir.
"Təmiz şəhər" ideyası çox bəyənilir. Bunu "təmiz rayon", "təmiz kənd", "təmiz qəsəbə" etmək olmazmı?”.
“Sherg.az” olaraq təkliflə bağlı daha ətraflı məlumat almaq üçün Ş.Xuduoğlu ilə əlaqə saxladıq. Onun sözlərinə görə, pandemiya dövründə kənd və rayon yerləri aktual mövzuya çevrilib:
“Regionlar həyatımızda vacib rol oynayır. Bu mənada şəhərdə daha çox yoluxma ehtimalı olduğundan hər kəs rayonlara üz tutur. Təəssüf ki, rayonlar bu duruma hazır deyil kimi görünür.
Kənd yerlərində qaz, işsizlik kimi problemlər var və ümid edirəm ki, mərhələli şəkildə həllini tapa bilər. Lakin çox sadə bir problemi həll etmək lazımdır, ancaq həll olunmur. Məsələn, zibili atmağa yerin olmaması. Baxırsan ki, bir kənd öz zibilini dərəvə çay ilə yanındakı digər kəndə, həmin kənd də başqasına aparır.
Dərələrin, meşələrin hamısı zibillik olub. Yardımlıdan çıxıb Masallıya gələnə qədər maşınlar yol kənarında saxlayıb, zibilləri meşələrə atırlar. Belə olmaz axı. Yardımlı böyük bir rayondur, amma necə ola bilər ki, bu bölgəyə zibil daşımaq üçün əlavə maşın vermək olmasın?
Yaxud da kəndlərə zibil qutuları qoyulsun və sonra həmin qutular yığılıb gətirilsin. “Təmiz şəhər” ideyası çox yaxşıdır və gün keçdikcə genişlənir. Bəzi bələdiyyələr artıq öz zibillərini yığıb Bakıya göndərirlər. Çox istərdim ki, kəndlərdə də belə olsun”.
Ş.Xuduoğlunun fikrincə, insanlar dərk etmirlər ki, onların atdığı zibillər necə böyük ekoloji fəlakətin yaranmasına səbəb olur:
“Meşələrə gedirsən, hər tərəf sellofan paketlərlə doludur. Bir sözlə, çox eybəcər görünütü yaranır. Plastik su qablarında su içib, atırlar. Axı bu torpaqla qarışıb, çürüntüyə məruz qalmır. Düşünürəm ki, böyük maarfiləndirmə işi aparılmalıdır.
Meşələrdə bəzi yerlərdə yanğından qorunma ilə bağlı plakatlar qoyublar. İnanıram ki, bu cür plakatlar köməklik edir. Amma yaxşı olar ki, yol qıraqlarına da zibilin atılmaması üçün plakatlar qoyulsun. Zibil toplama bir iş kimi təsis edilər və əlavə iş yeri açıla bilər, insanların bir qismi bu işə cəlb olunar.
Rayonlarımızın təbiəti çox gözəldir, amma bu cür şəraitsizlik və alternativ təklif olmadığı üçün insanlar oranı zibilliyə çevirirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət