“Qarabağda patrul xidmətini Türkiyə və Rusiya həyata keçirəcək” – AKTUAL
Banuçiçək Kalbalıyeva
12:44 25.11.2020
Aktual
929
“Azərbaycan və qardaş Türkiyənin regiondakı, dünyadakı gücü günü-gündən artır”
“Biz bundan sonra da sülhün qorunmasına töhfə verəcəyik”
Türkiyənin milli müdafiə naziri Hulusi Akar yerli NTV kanalına verdiyi müsahibədə Qarabağa sülhməramlıların yerləşdirilməsinə diqqət çəkib. O, həmçinin Qarabağda yaradılacaq müşahidə postları arasında patrul xidməti aparılacağını vurğulayıb: “Qarabağda atəşkəsə nəzarət mexanizmləri barədə Rusiya ilə əməkdaşlığımız davam edir”.
Görünür, qardaş Türkiyə sonadək yanımızda olmaqda, iştirakçılardan biri kimi qalmaqda qərarlıdır. Sağ olsun! Var olsun!
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bu məsələ barədə fikirlərini “Sherg.az”la bölüşüb:
“Patrul xidməti azərbaycanlıların və ermənilərin birgə yaşadığı ərazidə sülhü, əmin-amanlığı təmin etməkdən ötrüdür. Bunu Türkiyə və Rusiya tərəfləri birgə həyata keçirəcək.
Azərbaycanın həmişə sülh tərəfdarı olduğu, heç vaxt atəşkəsi pozmadığı hamıya məlumdur. Ermənistan isə nəticə çıxarmalıdır. İkinci bir tərəfdən isə sözügedən məqam Azərbaycanın daxili məsələsidir.
Fikrimcə, bir müddətdən sonra sülh yaratma prosesinə ehtiyac qalmayacaq. Bizim üçün qırmızı xətt var- istədiyimiz sadəcə ərazi bütövlüyüdür. Başqa istəyimiz yoxdur. Həmişə humanistliyə sadiq qalmışıq. Əgər ermənilər bizim qanunlarımız, bayrağımız altında yaşamağa razı olacaqlarsa, Qarabağda qalacaqlar. Əks halda 30 kilometr o tərəfə-öz ölkələrinə gedəcəklər.
Amma erməni xalqının başqa fikrə düşəcəyinə inanmıram. “Qaşınsalar” cəzalanacaqlar. Azərbaycan və qardaş Türkiyənin regiondakı, dünyadakı gücü günü-gündən artır. Biz bundan sonra da sülhün qorunmasına töhfə verəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya