Qələbəsi ləğv edilən Arifoğlu yazdı: "Bu xəbəri məmnuniyyətlə qarşıladım"
13:28 13.02.2020
Aktual
635
Komandam və seçicilərim üçün nə qədər ağır olsa da, mən özüm bu xəbəri məmnuniyyətlə qarşıladım. Özümün və dövlətin ünvanına yönəlik ittiham, şantaj və iddialar bununla da suya düşdü. Hesab edirəm ki, anti-islahat yönümlü mafiyalardan, qaranlıq dairələrdən bəslənən, siyasi saxtakarlığı özünə peşə etmiş, mübarizədə hər cür aşağı metodları məqbul sayan rəqibimin parlamentə buraxılmamasının özü də ciddi nəticədir. Bu nəticəyə görə özümdən və komandamın fəaliyyətindən razıyam.
Biz, seçki qərargahı olaraq nümunəvi və möhtəşəm bir seçki kampaniyası keçirdik, seçicilərin ümidlərinə ünvan olduq. Məhz bu səbəbdən də bütün maneçiliklərə, təxribatlara baxmayaraq, seçkiyə gələn seçicilərin mütləq çoxluğunun səslərini alaraq, 5000 səs fərqi ilə qalib olduq. Lakin İqbal Ağazadə və onu dəstəkləyən qaranlıq güclər, hakimiyyətdən kənarlaşdırılan revanşistlər, mafiyalar bu məğlubiyyəti qəbul etmədilər. Bütün güclərini qoyaraq, sosial media vasitəsi ilə ictimai rəyi manipulyasiya etməyə başladılar, dövlət orqanlarına və şəxsimə qarşı şantaj kampaniyasına rəvac verdilər. İddia edirəm ki, bu prosesdə onlara xarici xüsusi xidmət orqanları da dəstək verdilər. Seçki günü qeyri-qanuni yollarla çəkilmiş yarımçıq, heç bir sübut əhəmiyyəti olmayan videolarla ictimai rəydə mənim qələbəmin legitimliyinə şübhə yaratmaq üçün əllərindən gələni etdilər. Etiraf edim ki, buna da əhəmiyyətli şəkildə nail oldular. Çünki bunların iddia etdiklərinin əksinə olaraq, mənim arxamda heç bir siyasi güc, heç bir dövlət qurumu dayanmır. Mən bir media mənsubu olaraq, öz gücüm və qabiliyyətim sayəsində möhtəşəm, tarixə düşəcək seçki kampaniyası keçirərək, tərtəmiz qələbə əldə etmişəm. Arxamda hakimiyyətin gücü, bu gücü siyasətdə təmsil edən Yeni Azərbaycan Partiyası olsaydı, mənə qarşı bu cür açıq şantaj kampaniyası həyata keçirilə bilməzdi. Buna cəsarət edə bilməzdilər.
İctimai rəydəki bu manipulyasiyanı nəzərə alaraq, mən 13 fevral tarixində MSK və ictimaiyyətə bir müraciət ünvanladım. Təklif etdim ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsində seçkinin nəticələri ləğv olunsun və təkrar seçki keçirilsin. Bu müraciətlə də rəqibim İqbal Ağazadəni yenidən yarışa səslədim. İstərsə, keçən dəfəki kimi, qusarlı Rauf Abbasov, Arzu Abbasov kimi klonlarla, çirkin texnologiyalarla, məntəqə sədrlərini rüşvətlə tərəfə çəkməklə gəlsin. Mənə fərq etmir. Buyursun, bir daha yarışaq! Hərçənd ki, seçkidə yol verdiyi cinayət xarakterli əməllərə görə onun məsuliyyətə cəlb olunmaq, siyasi fəaliyyətdən də uzaqlaşdırmaq cəzası da ola bilər.
Mənim də tələbimi təmin edən MSK-nın qərarı ilə dairədə nəticələrin ləğv olunması yeni yarış imkanı yaradır. Mən bu imkandan öz adıma istifadə edəcəm! İqbal Ağazadəni, ürəyi istəyən başqa siyasi liderləri də dəvət edirəm, gəlsinlər, seçki nədir, qələbəni necə qazanmaq olar, bir daha əyani şəkildə göstərim!
Bütün sabotajçıları, bütün mahmudovçuları, bütün saxtakar və fırıldaqçı çevrəsini, qardaşının Protean Construction şirkətinin çalışanlarını da yenidən bir yerə yığıb, yenidən 5000 fərqlə (minimum) udacam!
Mənə soyuq havaya rəğmən səs verən 9244 seçiciyə, möhtəşəm kampaniya aparan seçki qərargahıma, mediada dəstəyim olan həmkarlarıma, ailəmə, doğmalarıma, bütün əməyi keçənlərə ürəkdən təşəkkür edərək bildirirəm ki, yeni seçki kampaniyasına hazır olsunlar!
Rauf Arifoğlu, Yeni Müsavat Media qrupunun təsisçisi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm