Rəsmi İrəvan süqut edə bilər:“Kremlə inteqrasiya prosesi gedir”
Banuçiçək Kalbalıyeva
14:07 23.11.2020
Aktual
800
“Bildiyiniz kimi, Ermənistanın bütün sərhədlərində rus bayraqları dalğalanır”
“Orada rus sülhməramlıları var. Ermənistan ordusu faktiki olaraq yoxdur, darmadağın edilib”
“Paşinyan rus nümayəndə heyəti ilə görüşdə dedi ki, indi Ermənistan təhlükəsizlik sisteminin Rusiyaya inteqrasiyası çox vacibdir”
Ermənistanın Xarici İşlər Nazirliyinə (XİN) yeni rəhbər təyin edilib. Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib. O, bu barədə fərman imzalayıb. Yəni Zöhrab Mnasakyan dövrü artıq geridə qalıb. Elə isə bundan sonra nələr dəyişə bilər? Ermənistan, nəhayət, radikal mövqeyindən əl çəkərmi, ya necə gəlibsə, elə də gedəcək?
PolitoloqƏhməd Əlili “Sherg.az”a açıqlamasında bunun da nəticəsiz qalacağını söyləyib:
“Növbəti iki ay Ermənistan baş naziri Nikol Paşinyan üçün çox kritikdir. Əgər hakimiyyətdə qala bilsə belə, tez-tez kadr dəyişikliyi edəcək. Yəni Ara Ayvazyan da vəzifədə çox qalmayacaq. İlk fürsətdə o da başqası ilə əvəzlənəcək. Paşinyan özü də bu yaxınlarda bildirmişdi ki, hakimiyyətin 80 faizi dəyişiləcək. Yeni nazirin Ermənistan xarici siyasətinə təsirinin nədən ibarət olacağını demək çətindir. Amma indi əsas müzakirə mövzusu “Ermənistan dövlətçiliyi”nin qorunub saxlanılmasıdır”.
Ə.Əlilinin fikrincə, yaxın zamanda hətta rəsmi İrəvan süqut edə də bilər:
“Bildiyiniz kimi, Ermənistanın bütün sərhədlərində rus bayraqları dalğalanır. Orada rus sülhməramlıları var. Bəzi hərbi birləşmələr döyüş qabiliyyətini saxlasa da, Ermənistan ordusu faktiki olaraq yoxdur, darmadağın edilib.
Ermənistan xarici siyasətinin, təhlükəsizlik sisteminin Kremlə inteqrasiyası prosesi gedir. Paşinyan bir neçə gün əvvəl rus nümayəndə heyəti ilə görüşdə öz dililə dedi ki, indi Ermənistan təhlükəsizlik sisteminin Rusiyaya inteqrasiyası çox vacibdir.
Əlbəttə, söhbət həm də xarici siyasətdən gedir.
Deməli, bu postdakı kadr dəyişikliyinin heç bir nəticəsi olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media