Şuşa məktəblərinin təhsil ənənələri barədə müzakirələr aparılıb
10:28 21.11.2020
Aktual
667
Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil edilib.
Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu məktəblərin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılıb. Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə nəzər salınıb.
“T-NETWORK”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə aparılan “Şuşa dərsi”ndə təhsil nazirinin müavini Firudin Qurbanov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbin direktoru olaraq fəaliyyətini davam etdirən Naimə Əliyeva, həmin məktəbin müəllimi Raisə Fərəcova, Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru Şükür Nəsibov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, professor Fərrux Rüstəmov, nazirlik yanında İctimai Şuranın üzvü Asif Cahangirov, təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış ediblər.
Çıxışçılar qeyd ediblər ki, Şuşada tarixən formalaşmış təhsil ənənəsi var. Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra da bu təhsil ənənəsi qorunub saxlanıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz işğalda olan torpaqlarımızı düşmən işğalından azad etdi. Şuşa təhsili işğal dövründə əzmlə qoruduğu ənənəsi ilə öz tarixi məkanına qayıdacaq.
“Şuşa dərsi” Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istiqamətlərindən biri olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini dəstəkləyən “T-NETWORK”un əsas məqsədi yerli və əcnəbi təhsil işçilərinin kommunikasiyasına şərait yaratmaq, çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar aparmaq, təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirmək, bu yolla müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, yeni əməkdaşlıqlara səbəb olmaq, bir sözlə inkişaf sinerjisi yaratmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media