Talıbov 21 hektar torpağı İrana verib? – “PLANLARI VARMIŞ...” – ŞOK DETAL
Yusif Nəzərli
14:04 15.02.2023
Aktual
467
“Ümumiyyətlə, sözügedən ərazi Araz çayının ən dayaz və ensiz nöqtəsidir”
“Oradan zamanla narkotrafik kimi də istifadə olunub. Ola bilər ki, bu narkotrafikdən daha yaxşı istifadə etmək üçün proses baş verib”
“Lakin bunlar ehtimallardır. Ən doğru məlumat araşdırmalardan sonra üzə çıxacaq. Əgər ortada cinayət faktı aşkar edilsə, Vasif Talıbov məsuliyyətə cəlb edilməlidir"
"Azərbaycanın bir qarış torpağını belə başqa ölkəyə hədiyyə etməyə heç kəsin səlahiyyəti yoxdur"
Bunu "Sherg.az"a açıqlamasında "TNS” İnformasiya Agentliyinin baş redaktoru, naxçıvanlı jurnalist Tural Səfərov Vasif Talıbovun Şərur rayon Ərəbyengicə kəndinin ərazisindən 21 hektar torpağın qonşu İran İslam Respublikasına (İİR) verməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Baş yazar qeyd edib ki, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər:
"Məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Araz çayı sahilində ölçmə işləri aparılmalıdır. Ümumiyyətlə, SSRİ ilə İran arasındakı delimitasiya və demarkasiya işləri 1956-ci ildə aparılıb. Bununla bağlı 1957-ci ildə protokol imzalanıb.
Dövlət sərhədləri isə həmin protokolun əsasında müəyyən edilib. Düzdür, zaman-zaman Araz çayı öz axınını dəyişdirir. Hətta bir müddət əvvəl ölçmə işləri aparılmışdı və çayın məcrasını dəyişməsi nəticəsində 610 hektar bizim ərazidən İrana, 600 hektar isə İrandan bizim əraziyə keçmişdi".
T.Səfərovun sözlərinə görə, Vasif Talıbova məlumat verilməsinə baxmayaraq, həmin ərazidə məqsədli şəkildə sahilbərkitmə işlərinə icazə verilməyib:
"Görünür, Talıbovun 21 hektar torpağın İrana verilməsi ilə bağlı şəxsi planları var imiş ki, həmin ərazidə sahilbərkitmə işlərinə icazə verməyib. Digər tərəfdən ərazi niyə verilib? Burada cənub qonşumuzun qazancı nədir kimi suallar yaranır? Ümumiyyətlə, sözügedən ərazi Araz çayının ən dayaz və ensiz nöqtəsidir.
Oradan zamanla narkotrafik kimi də istifadə olunub. Ola bilər ki, bu narkotrafikdən daha yaxşı istifadə etmək üçün proses baş verib. Lakin bunlar ehtimallardır.
Ən doğru məlumat araşdırmalardan sonra üzə çıxacaq. Əgər ortada cinayət faktı aşkar edilsə, Vasif Talıbov məsuliyyətə cəlb edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm