TƏKLİF: “Şəhid ailələri və qazilərlə bağlı komitə yaradılsın”
Yusif Sultanoğlu
13:20 02.12.2020
Aktual
851
“Onların problemini də həmin qurum nizamlansın”
“Bunun özü dövlətin yükünü azaldacaq. Problemlərin qarşısını alacaq”
“Əks təqdirdə şəhid ailələri və qazilər rüşvətxor məmurların qapılarında qalacaqlar”
Qarabağ uğrunda gedən 44 günlük döyüş əməliyyatları noyabrın 10-da müzəffər Ordumuzun qələbəsi ilə baş çatdı. Şübhəsiz ki, sevincimiz qədər kədərimiz də var. Bu şanlı zəfərin əsl qəhrəmanları şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimizdir. Onların müəyyən ehtiyacları, həll edilməsi vacib olan problemləri var. Elə bu yaxınlarda jurnalist Həbibə Abdulla da onları düşünərək Feysbuk hesabında mühüm təklif irəli sürüb. Həmkarımız qeyd edib ki, mütləq müharibə ilə bağlı bir qurum yaradılmalıdır:
“Adını nə qoyurlar qoysunlar, amma şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərinin də həvalə olunacağı bir quruma ehtiyac var!”
Xanım journalist, həmçinin məlum təklifin ilk dəfə Qarabağ qazisi, tanınmış hərbi jurnalist Rey Kərimoğlu tərəfindən irəli sürüldüyünü söyləyib.
Biz də “Sherg.az” olaraq Rey müəllimin özü ilə əlaqə saxlayıb, məsələnin nə yerdə qaldığını, hansı qurumlara müraciət edildiyini soruşduq. O da bizə illərdir bu istiqamətdə görülən işlərdən söz açdı:
“Bu təklifi 2001-ci ildə Qarabağ Əlillər Cəmiyyətinin (hazırkı “Qarabağ qaziləri” İctaimi birliyi ) o vaxtkı sədri, baş qazi Etimad Əsədov irəli sürüb. Yəni artıq 20 ildir. O insanların qayğılarının, dərdlərinin əlacı dövlət komitəsinin yaradılmasıdır. Bununla bağlı döymədiyimiz qapı qalmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə(ƏƏSMN) , sabiq nazir Səlim Müslümova, daha sonra Sahil Babayeva müraciət edib, müzakirələr apardıq. Uzun illərdir kimsə bizə mane olur. Düşünürəm ki, Ramiz Mehdiyevin və tayfasının Prezident Aparatından (PA) uzaqlaşmasının ardından məsələnin həll yolu tapılacaqdır. Çünki qənaətlərimdən bu nəticəyə gəlirəm ki, illər əvvəl məsələ PA-ya qədər gedirdi. Lakin prezidentə çatdırmırdılar. Bizim izahatımızı ölkə başçısına versələr, məsələ həll olunar. Çünki bu işin özü ilk növbədə prezidentə lazımdır. Məsələni həll etməklə bütün qazilərin, müharibə veteranlarının, şəhid ailələrinin problemləri aradan qalxacaq. Başqa yolu yoxdur. Hazırda ölkəmizdəki vəziyyət, idarəetmə, siyasi sistem, icra strukturu elə bir həddədir ki, dövlət qurumu olmadan, onların problemlərini həll etmək mümkün deyil. Məsələn, bir porblem olan kimi hamı ƏƏSMN-ni hədəfə alır. Lakin nazirlik şəhid ailələri, qazilərlə bağlı nə etməlidirsə, pis - yaxşı öhdəsindən gəlir. Nəticə etibari ilə vəzfisəni icra edir. Amma şəhid ailəsinin, qazinin problemi təkcə bu nazirliklə bağlı deyil. Onun icra hakimiyyəti, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi ilə bağlı işləri olur. Görün, nə qədər qurumlarla əlaqələri var. Nəticədə şəhid balası çöldə qalır. Ona görə dövlət qurumu olmalıdır”.
R.Kərimoğlu bildirib ki, yaradılacaq qurum Qeyri Hökümət Təşkilatı olmamalıdır:
“Ölkədə müharibə ilə bağlı əlliyə yaxın QHT var. Onların 4-5-i işləkdir, ortadadır. İmkan daxilində əllərindən gələni edirlər. Lakin bütövlükdə dövlət strukturu olmalıdır ki, hamımız dərdimizi ora deyək. Məsələ həmin qurum tərəfindən nizamlansın. Bunun özü dövlətin yükünü azaldacaq. Problemlərin qarşısını alacaq. Hamısını aradan qaldırmasa da maksimum həll edəcək. Bu gün veteran, şəhid ailəsi dərdini deməyə qapı tapa bilmir. Biz “Qarabağ qaziləri” ictimai birliyi olaraq uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. İxtisaslaşmış bir təşkilatıq. Və bildiririk ki, komitə yaradılmalıdır. Biz o komitədə təmənnasız olaraq fəhləlik etməyə hazırıq. Ətrafındakı adamlar bunu prezidentə çatdırmalıdırlar. Bizim torpaqlarımız işğaldan azad olundu. Şəhid ailələrinin,qazilərimizin yaranan problemləri var. Əvvəlki illərin şəhid ailələrinin əksəriyyəti neynəmək lazım olduğunu bilirlər. Amma yenilər məlumatlı deyil. Onlar harınlamış, rüşvətxor məmurların qapılarında qalacaqlar. Gərginlik yaranacaq, konfiliktlər olacaq. Bütün bunların qarşısını almaq üçün dövlət qurumu olmalıdır. Məsələni qaldırdıq, hələlik nəticə yoxdur. Gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə