Türkiyədə seçkilər 18 iyundan o tərəfə saxlanıla bilməz

AKP ictimai əhval-ruhiyyənin öz xeyrinə əsaslı dəyişməsi üçün vaxta ehtiyac duyur

"Türkiyə Ana Yasasına əsasən (78-ci maddə) seçkilər müharibə zamanı təxirə salına bilər".

"Sherg.az"ın xəbərinə görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, bunun üçün Türkiyə parlamenti qərar çıxarmalıdır: 

"Qanunverici orqana səlahiyyət verilir ki, seçkinin tarixini bir il geriyə çəksin. Türkiyədə isə müharibə yoxdur. Deməli nə fövqəladə vəziyyət, nə də ki, zəlzələnin dağıntılarına istinad edib seçkini təxirə salmaq olar. Lakin bu, birtərəfli baxışdır. İqtidar seçkilərin tarixini geriyə çəkmək üçün başqa bir hüquqi manevr tapa bilər. Türkiyə Konstitusiya Məhkəməsinin qərarına əsasən, ölkədə müharibə və ya buna bənzər zərurətlər səbəbilə seçkilərin keçirilməsi əməli olaraq mümkünsüzdür. Bəzi ekspertlər, Türkiyə Konstitusiya Məhkəməsinin bu qərarını Ana Yasaya zidd hesab edir. Ancaq seçkilərin gecikdirilməsi gündəmə gəlsə, AKP bu qərardan bərk yapışa bilər".

Analitikə görə, ən gözəl izahı İyi Parti başqanı Meral Akşener verib:

"Seçkilər 18 iyundan o tərəfə saxlanıla bilməz. Hesab edirəm ki, iqtidar zəlzələ nəticələrinin aradan qaldırıb zərərçəkənlərə tam kompensasiya ödəmədikcə, seçkilərin keçirilməsini istəmir. AKP ictimai əhval-ruhiyyənin öz xeyrinə əsaslı dəyişməsi üçün vaxta ehtiyac duyur. Bunun üçün iki yolu var. Ya uzağı 18 iyuna qədər bütün problemləri həll etməlidir. Ya da daha gec müddətə keçirilməsi üçün başqa variantlar axtarmalıdır. Müxalifət isə, əsasən də CHP seçkilərin keçirilməsinə tərəfdar kimi görünür".