Üstəlik, sülhməramlıların fəaliyyəti xüsusi mərkəzdən izlənəcək. Məlumat üçün deyək ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda “Cənub” və “Şimal” məsuliyyət zonalarının hər birində doqquz müşahidə postu yerləşdirib.
Türkiyənin əli prosesdə möhkəmlənir
Turan
09:14 17.11.2020
Aktual
656
Azərbaycan mümkün olanın maksimumunu əldə edib
Rusiya sülhməramlıları beynəlxalq hüquqa zidd olan hər hansı addım atmağa cürət etməyəcək
Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır. Əlbəttə ki, sülhməramlılar üçün vacib amil neytrallığın (tərəfsizliyin) qorunmasıdır. Sülhməramlılarla bağlı beynəlxalq qanunvericilikdə onların silahdan istifadə halları, patrul qaydaları və digər amillər aydın təsbit olunub. Rusiya sülhməramlıları da münaqişə zonasına müəyyən mandat və təlimatlar əsasında yerləşdirilib.
Üstəlik, sülhməramlıların fəaliyyəti xüsusi mərkəzdən izlənəcək. Məlumat üçün deyək ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda “Cənub” və “Şimal” məsuliyyət zonalarının hər birində doqquz müşahidə postu yerləşdirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 10 noyabr 2020-ci ildən etibarən Qarabağda Laçın dəhlizində yeddi müvəqqəti müşahidə postu qurulub.
15-ci əlahiddə motoatıcı briqadanın bölmələri tərəfindən “Şimal” məsuliyyət zonasında müşahidə postlarının qurulması tamamlanıb. Nazirlikdən qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları “Cənub” və “Şimal” məsuliyyət zonasının hər birində doqquz müşahidə məntəqəsində Qarabağda atəşkəsin gözlənilməsinə nəzarət edirlər.
Qarabağda yerləşən rus sülhməramlıları ilə bağlı “Şərq”ə fikirlərini bölüşən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, siyasət mümkün olanı əldə etməkdir. İndiki şəraitdə Azərbaycan Ordusu böyük uğurlar qazanıb və mümkün olanın maksimumunu əldə edib. Politoloq deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatdan sonra Rusiya bu məsələlərdə beynəlxalq hüquqa zidd olan hər hansı addım atmağa cürət etməyəcək:
“Doğrudur, Rusiya Ordusunun bölgəyə gəlməsi və sülhməramlı fəaliyyətə başlaması müəyyən həyəcan yaradıb. Bu da təbiidir, çünki Rusiya sülhməramlıları Abxaziyada, Osetiyada özlərini o qədər də yaxşı göstərməyib.
Burda da onların ermənipərəst mövqe tutacaqlarını güman edənlər var. Müsbət məqam odur ki, Türkiyə Monitorinq Mərkəzində təmsil olunacaq.
Yəqin ki, elə sülhməramlı qüvvələrin tərkibinə də qatılacaqlar. Türkiyə Azərbaycana və Cənubi Qafqaza möhkəm daxil olub və möhkəmlənməkdə də davam edəcək. Türkiyə Monitorinq Mərkəzində təmsil olunur. Türkiyənin ixtiyarı olacaq ki, bütün Laçın koridorunda, bütün sülhməramlılar yerləşən ərazilərdə dronlarla, müxtəlif texniki vasitələrlə monitorinq həyata keçirsin.
Hər hansı pozuntu aşkar ediləndə bunun qarşısını alsın. Türkiyə regiona ciddi gəlib və zənnimcə, Türkiyənin köməyi ilə biz monitorinq prosesini uğurla həyata keçirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya