ÜST koronavirusa yoluxma ilə bağlı yeni antirekord qeydə alıb
04:11 15.11.2020
Aktual
578
Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 657 mindən çox insan yoluxub ki, bu da sutkalıq yoluxma sayına görə ən yüksək göstərici hesab olunur. Qeyd edilir ki, bununla da virusa yoluxanların ümumi sayı 53,16 milyonu keçib. Virusun qurbanlarının sayı isə sutka ərzində 9,8 mindən çox artıb və ümumilikdə 1,3 milyonu keçib.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.
14 noyabr tarixli, Cenevrə vaxtı ilə saat 15:32-yə (Bakı vaxtı 18:32) olan statistikaya görə, dünyada 53 164 803 nəfər yeni növ koronavirusa yoluxub, 1 300 576 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 657 312 nəfərdə koronavirus aşkarlanıb, ölənlərin sayı isə 9797 nəfər artıb.
Son sutka ərzində Avropa regionu yoluxanların sayına görə birinci yeri tutub (285 332), ikinci ən yüksək göstərici Şimali və Cənubi Amerikada müşahidə olunub (269 225), Cənub-Şərqi Asiya isə üçüncü olub (55 551).
ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 10 460 365 nəfər. Onun ardınca Hindistan (8 773 479), Braziliya (5 781 582), Rusiya (1 903 253), Fransa (1 886 286), İspaniya (1 458 591), Böyük Britaniya (1 317 500), Argentina (1 284 519), Kolumbiya (1 174 012) və İtaliya (1 107 303) gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya