Yenə ayağa duracaqsan, ey TÜRK XALQI! – Birlik zamanı
Yusif Nəzərli
10:24 16.02.2023
Aktual
357
“Türkiyə dövləti və xalqı bu acı fəlakətə təslim olmayacaqdır”
“İndi müxalifət-iqtidar döyüşünə qalxmağın vaxtı deyil”
“ İndi müxalifət-iqtidar deyib qanlı-bıçaq döyüşünə qalxmağın vaxtı deyil”
Türkiyə çalxalanır, təbii fəlakətin xalqa gətirdiyi müsibət, dağıntılar altından çıxarılan on minlərlə insanın ölümü, hələ bundan sonra itkilərin daha nə qədər olacağını heç kimin deyə bilməyəcəyi bir zamanda bəzi qüvvələrin bu açıdan siyasi fayda götürmək kimi yaramaz plan və məqsədlərinin son dərəcə xain və riyakar bir həlqədə birləşməsini diqqətdən kənarda saxlamaq olmaz. Onların istədiyi təkcə hakimiyyəti mənimsəmək yox, aranı qarışdırıb xalqı üz-üzə qoyaraq Türkiyənin siyasi dayaqlarını zəlzələyə oxşar dəhşətli bir dağıntılar ölkəsinə çevirməkdən ibarətdir. Vəziyyət o həddədir ki, ölkədə vətəndaş müharibəsi hər an başlaya bilər. Bəli, burada başqa bir təhlükəli meylin olacağı da istisna deyildir. Hadisələrin gedişat göstərir ki, Türkiyə hakimiyyətinə qarşı bu qalxınmada dəhşətli zəlzələ nəticəsində məhv olan, ailəsini, çoluq- cocuğunu itirmiş insanların bədbəxtçiliyi üzərində qurulan dramadan güclü Türkiyəni həzm edə bilməyən daxildəki qara qüvvələrlə yanaşı bəzi xarici qüvvələrin olduğu da şübhə altındadır. Ola bilsin ki, hətta bu çox təhlükəli oyunun içərisində zəlzələdən acılıq çəkmiş əhaliyə yardımlar göstərən müəyyən xarici təşkilatların fəaliyyətinin araşdırılmasına ciddi ehtiyac duyulacaq. Bunun öhdəsindən Türkiyənin xüsusi xidmət orqanlarında çalışan təcrübəli, peşəkar əməkdaşlarının gələ biləcəyinə inanıram. Fəqət, içimdəki sarsılmaz inama görə Türkiyə dövləti və xalqı bu acı fəlakətə təslim olmayacaqdır.
Türk milləti son hesabla evini, ocağını itirmiş qardaşlarımızın bu müsibətli həyatını dərindən anlayır. Sadəcə zaman gərəkdir ki, 13 milyonluq əhalisi olan bir ərazidə dağıntıların geniş miqyasını diqqətə almaq gərəkdir. İndi müxalifət-iqtidar deyib qanlı-bıçaq döyüşünə qalxmağın vaxtı deyil. Adətən, bu cür vəziyyətlərdə insanlarımız bir-birinə daha sıcaq qayda da yanaşır, biri digərinin dərdinə, əzabına qatlaşır. Mən cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın göz yaşları içərisində boğulduğuna baxa bilmirdim.Adamı dərd qocaltdı... üç günün içərisində. Millətin kədər və hüznü onun gözlərinə çöküb!
Bu fəlakət də Türkiyəni yıxa bilməyəcək. Buna Böyük Allahıma inandığım qədər inanıram. Tarix özü deyir ki, səbrli ol ey türk xalqı! Sən zaman-zaman belə ağır acılar yaşayan, lakin bu acıları qəhrəmanlıqla dəf edən qüdrətli bir dövlətsən. Yenə ayaq üstə duracaq, əvvəlki yaşayış məcrasına qayıdacaqsan!!!.Dünyanın aparıcı dövlətləri və nüfuzlu mediası da bunu etiraf edir. Ölkələr ard-arda öz yardımlarını zəlzələ zonasına göndərir, dünyanın dörd bir tərəfindən uçurumlar, dağıntılar altındakı ölüləri, sağ qalan insanları qurtarmaq üçün xilasedicilər bütün lazımi texniki vasitələrlə birlikdə Türkiyəyə axışırlar. Azərbaycan dövlətinin yardımçı ölkələr arasında birinci olmasından qürur duyuram.
Başın sağ olsun, Türkiyəm. Ürəyimiz yanır, qəlbimiz od tutub alovlanır. Bu nə böyük dərd, nə amansız faciə oldu. Göz yaşı içərisindəyik. Səninlə birlikdə Azərbaycan da ağlayır. Türkiyəm, inanıram ki, bu ağır imtahandan da sən şərəflə çıxacaqsan. Ancaq nə etsəkdə gecəyarası ağır deprem nəticəsində dünyasını dəyişmiş əziz və günahsız insanların geri qaytarılması mümkün olmayacaqdır. Çox keçməz ki, dağılmış o binaların yerində daha gözəllərini Türkiyəmin ucaldacağına əminəm, lakin gedənlər bir daha qayıtmayacaqdır. Allahdan onlara rəhmət diləyir və bu fəlakətlə əlaqədar səbrli olmağı arzu edirəm.
Eldar Sabiroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm