Zəlzələ bölgəsində 7-ci mərtəbədən əşyalar alan şəxs heyrətləndirdi - FOTO

Hatayda bir vətəndaş zəlzələdə böyük ziyan dəymiş binanın 7-ci mərtəbəsinə çıxaraq əşyalarını götürüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, vətəndaşların bir qismi dağıntılar altında qalan yaxınlarından ümid gözləyərkən, bir qismi də təhlükəsiz ərazilərdə məskunlaşıb.
Antakya Merkez Odabaşı məhəlləsi Atatürk küçəsində böyük ziyan görən 10 mərtəbəli binanın 7-ci mərtəbəsinə qalxan zəlzələdən sağ çıxan şəxs evdən aldığı əşyaları eyvandan atarkən görüntülənib.
 Vətəndaşın bir neçə dəfə evin otaqlarına girərək əşyalarını eyvandan aşağı atması ətrafdakılar tərəfindən heyrətlə izlənib.
Turan