Zəlzələnin müddəti çox olduqda təhlükəlidir
Yusif Nəzərli
22:34 08.02.2023
Aktual
534
Bakıda 8 ballıq zəlzələ olarsa belə, yeni tikilmiş binalar heç vaxt yerin altına çökməz
Qardaş ölkədə qeydə alınan və dəhşətli dağıntılara səbəb olan zəlzələ Azərbaycanda tikilən binaların yeraltı təkanlara dözümlülüyü məsələsini yenidən aktuallaşdırıb.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov isə “Şərq”ə açıqlamasında deyib ki, sovet dövründə Azərbaycanda binalar layihələndiriləndə onların zəlzələyə dözümlülüyü 8 bala hesablanırdı. Sonradan bu göstərici 9 bal həddində müəyyənləşdirilib:
“Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələri tikilən binaları istismara qəbul edən zaman onların 9 bal gücündəki zəlzələyə dayanıqlı olub olmadığını yoxlayırlar. Necə yoxlayırlar deyə bilmərəm, amma qanunvericilikdə belə bir zəruri tələb var. Amma tikinti normalarında nəzərdə tutulmuş standartların bir çox hallarda pozulması təbii ki, binanın daha aşağı bal gücündə zəlzələyə dözmə ehtimalını da azaltmış olur”.
Ekspertin sözlərinə görə, Bakıda nə vaxtsa güclü, 8-9 ballıq zəlzələ olarsa belə, o yeni tikili binalardan bəlkə də bəziləri bütöv şəkildə az da olsa sağa və yaxud sola əyilə bilər, amma heç vaxt yerin altına çökməz: “Binalar gözümüzün önündə tikilir. Aşağı mərtəbələrin tikintisində 25 lik armaturlardan istifadə edirlər.
Yuxarı mərtəbələrə qalxdıqca isə 12-lik məftillərə qədər azala-azala gedir. Bu da təbiidir. Yuxarı mərtəbələr nisbətən yüngül olmalıdır ki, binanın özülü ağırlığı yüklənə bilsin. Monolit binaların 1/3 hissəsi yerin altında olduğundan zəlzələ olsa belə onlar tökülüb dağılmır. Amma zəlzələnin də müddəti olur.
Tərpəniş müddəti uzandıqca təhlükənin miqyası da artır. 2000-ci ildə Bakıda qeydə alınan zəlzələ bir neçə saniyəlik olmuşdu. O tezlikdə olan zəlzələlər çoxmərtəbəli binalar üçün qorxulu deyil. Amma 1,5-2 dəqiqə ərzində binanın silkələnməsi risklidir. Əgər Bakıda 9 bal gücündə və uzunmüddətli zəlzələ olsa, monolit dağılmayacaq. Ancaq kənarlarındakı kərpiclər, şüşələr dağılıb tökülə bilər. Ən dəhşətli zəlzələdə isə bina bütöv şəkildə sağa, ya da sola yıxılacaq. 9 bal gücünə hesablanmış monolitin Türkiyədəki binalar kimi bir neçə saniyənin içində dağılıb tökülməsi sıfıra bərabərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm